Redaktor seçimi
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
Günün xəbəri

19 oktyabr mitinqi:müxalifət niyə razılaşdırılmamış aksiyaya çıxdı?

 

Demokratik Qüvvələrin Milli Şurası 19 yanvardan sonra ilk dəfə aksiya keçirdi, amma bu dəfə mitinqini Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmadı.

Yenixeber.org: Razılaşdırılmamış aksiyaya görə polis qüvvələri Bakının mərkəzində bir neçə saat yolları bağladı, metronun fəaliyyətinin dayandırıldı, internet kəsildi, onlarla adam saxlandı.

"Əsas məqsəd cəmiyyəti oyandırmaq idi, konkret nəticə əldə olunmasa da, camaata təkan vermək idi", Turan xəbər agentliyinin redaktoru Şahin Hacıyev deyir.

Bu mitinqə "sosial sifariş, sosial təzyiq vardı", AXCP sədri Əli Kərimli hesab edir.

Hakim Yeni Azərbaycan Partiyası isə düşünür ki, müxalifət ona ayrılan mitinq yerindən imtina edib şəhər mərkəzində razılaşdırılmamış aksiyaya çıxmaqla "qarşıdurma yaratmaq, ölkədə həyata keçirilən islahatlara əngəllər törətmək" niyyətini güdüb, partiyanın icraçı katibi Əli Əhmədov bazar ertəsi jurnalistlərə bildirib.

"Bu aksiya xalqın mübarizə əzmini və özgüvənini artırdı"

AXCP sədri Əli Kərimli bu ilin yanvarından siyasi hakimiyyətin sərbəst toplaşmaq azadlığını "tam qadağan etdiyini", ötən müddətdə aksiya keçirmək üçün 8 dəfə Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunduğu halda razılıq verilmədiyini bildirir.

BBC News Azərbaycancaya açıqlamasında o deyir ki, müxalif sosial bazanın Milli Şuraya mitinq keçirməklə bağlı təzyiqi, sifarişi olub. Sədr "sosial sifarişi əsas götürərək, Konstitusiyaya istinad edərək" mitinq keçirdiklərini bəyan edir.

"Biz nəsə qazanmaq üçün mübarizə aparmırıq. Biz əlimizdən alınmış konstitusion hüquqlarımızın bərpası üçün mübarizə aparırıq".

Əli Kərimlinin dediyinə görə, daha bir məqsəd "xalqın mübarizə əzmini göstərmək, hökumətin xalqla hesablaşmasına müəyyən mənada nail olmaq idi".

Onun fikrincə, 19 oktyabr aksiyası cəmiyyətdə çox böyük etiraz potensialının olduğunu sərgiləyib.

AXCP sədri hesab edir ki, son aksiya xalqın mübarizə əzmini və özgüvənini artırıb.

"Məqsəd qarşıdurma yaratmaq idi"

19 noyabr mitinqini hakimiyyət düşərgəsində müzakirə edənlər Milli Şuranın razılaşdırılmamış aksiyaya çıxmasını "qarşıdurma yaratmaq, ölkədə həyata keçirilən islahatlara əngəllər törətmək" kimi qiymətləndirir.

Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov bazar ertəsi günü jurnalistlərə deyib ki, hər hansı müxalifət partiyasının kütləvi aksiya keçirməsi nə YAP, nə də Azərbaycan iqtidarı üçün "narahatlıq və nigaranlıq mənbəyi deyil və ola bilməz".

Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Facebook" sosial şəbəkəsindəki hesabında yazıb ki, icazəli mitinqdən imtina edərək qarşıdurma yolu tutduqlarını və şəhərin mərkəzində ictimai asayişi pozmağa cəhd göstərdiklərini qeyd edir.

Əli Həsənov hesab edir ki, 19 oktyabrda xalq "dağıdıcı ünsürlərin yenidən ölkədə sabitliyi pozaraq aranı qarışdırmaq və öz antimilli ambisiyalarını reallaşdırmaq istiqamətindəki cəhdlərini birmənalı şəkildə boykot etdi", xalq yenə də prezident İlham Əliyevi "Azərbaycan dövlətçiliyinin əsas qarantı" kimi dəstəkləyir, ona alternativ görmür.

Şahin Hacıyev: "Əsas məqsəd cəmiyyəti oyandırmaq idi"

"Mənə elə gəlir ki, əsas məqsəd cəmiyyəti oyandırmaq idi, konkret nəticə əldə olunmasa da, camaata təkan vermək idi, yəni susmaq lazım deyil. Narazılıq çoxdur. Ona görə də çəkinmədən narazılıqları bildirmək lazımdır", "Turan" xəbər agentliyinin redaktoru Şahin Hacıyev sözügedən aksiyanın məqsədi haqda danışarkən BBC News Azərbaycancaya deyir.

Onun qənaətincə, cəmiyyət müxalif düşərgəyə "gözləniləndən daha çox" reaksiya verdi.

"Bu qədər çox adamın küçələrə çıxacağı gözlənmirdi. Xüsusən də siyasi tələbi olmayanlar, qadınlar. Yəni mən indiyədək aksiyada o qədər qadın görməmişdim. Özü də cavan deyildilər. Kifayət qədər kəskin şəkildə narazılıqlarını bildirirdilər. İnsanları heç bir təbliğatla, pulla, çağırışla buna məcbur etmək olmaz. Bu o deməkdir ki, camaatın çox böyük problemləri var və hakimiyyət də bunları həll etmək istəmir".

"...müxalif qüvvənin balansına yazılan ciddi bir plyusdur"

Siyasi şərhçi Alya Yaqubluya görə, cəmiyyətdə sosial narazılıq artdığından müxalifət razlılaşdırılmamış aksiyaya qərar verib.

O, Milli Şuranın "hakimiyyətin qoyduğu qadağalara, basqılara, zorakılıqlara rəğmən" ortaya siyasi iradə qoyduqlarını düşünür və bunu "çox ciddi faktor" sayır.

Siyasi şərhçi aksiya günü çox sayda polis qüvvələrinin küçəyə çıxarılmasını, metrostansiyaların bağlanılmasını, günlərdir anti-müxalifət təbliğatının aparılmasını müxalifətin sosial dəstəyinin olmasının göstəricisi sayır. O, "cəza, həbs təhlükəsi olmazsa, on minlərlə, bəlkə də yüz minlərlə insanın küçələrə çıxaraq İlham Əliyev hakimiyyətinə qarşı etiraz sərgiləmək" ehtimalı olduğunu söyləyir.

Alya Yaqublu deyir ki, hətta icazəsiz aksiyaya bu qədər insanın çıxması, həbs və cəza təhlükəsinə baxmayaraq, ortaya iradə qoyulması özü də sosial dəstəyin mövcudluğunun nümayişidir.

"Azərbaycanın avtoritar idarəçiliyinin möhkəmlənməsinə mane olan, onu zəiflədən, sarsıdan faktordur. Digərlərinə isə nüminədir. Yəni meydana çıxmayanlar, ehtiyat edənlər üçün nümunədir. Həmin aksiyanın birinci faydası budur. Müxalif düşərgənin qazancı odur ki, ortaya siyasi iradə qoyaraq aksiya keçirmək imkanı olduğunu sübut etdi. Hətta icazəli aksiyalarda arzuolunan sayda, məsələn, on minlərin iştirakının mümkünsüz olduğu dönəmdə - 19 yanvar aksiyası xaric - icazəsiz aksiya çağırışına xeyli adamın çıxması müxalif qüvvənin balansına yazılan ciddi bir plyusdur. Və nəhayət bu aksiya onların hakimiyyətə alternativ qüvvə kimi meydana çıxmasına səbəb oldu".

Alya Yaqublu son aksiyanın daha bir faydasını isə belə tədbirlərdən sonra müxalif qüvvələrin fəallaşmasında və "daha çox adamla kütləvi aksiya keçirməsinə stimullar yaranmasında" görür.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam