Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Amerikalılar tələsik Menbiçdən çıxdı-Vaşinqton Moskva ilə anlaşıb

 

Vaşinqton Hələb əyalətinin şimalındakı Menbiç şəhərinin Rusiya ordusunun nəzarətinə verilməsi barədə Moskva ilə anlaşıb.

Yenixeber.org: Bu haqda “Newsweek” jurnalı Pentaqondakı mənbəyə istinadən yazıb.

Menbiçdə ABŞ-ın təxminən min nəfərlik hərbi kontingenti yerləşirdi və şəhər kürdlərin nəzarətində idi. Lakin Suriyanın şimalında təhlükəsiz zona yaratmaq üçün hərbi əməliyyatlara başlayan Türkiyə ordusu bu mühüm məntəqəni tutmağa çalışır.

Mənbə deyib ki, həmin rayonda “uzun vaxt keçirən” amerikalı hərbçilər Rusiya qoşunlarının əvvəllər təhlükəsiz olmayan zonalardan sürətlə keçməsinə və Menbiçə daxil olmasına kömək ediblər.

 

“Mahiyyətcə bu, nəzarətin təhvil verilməsidir. Lakin söhbət qoşunların sürətlə çıxarılmasından gedir, hansı ki, burada təlimatlandırma və digər bu kimi tədbirlər nəzərdə tutulmur. Hər şey ona yönəlib ki, mümkün qədər çox inventar saxlanılsın və daşınması mümkün olmayan istənilən mühüm avadanlıq məhv edilsin”,-mənbə deyib.

Bildirilir ki, bundan əvvəl kürdlərlə anlaşma əldə edib onların nəzarətindəki bölgəyə daxil olan Suriya ordusu hissələri Menbiçi tərk edən Amerika hərbi kalonunun “quyruğunu görməyə” imkan tapıb.

ABŞ prezidenti Donald Tramp elan edib ki, Suriyadakı hərbi kontingent çıxarılır, amma bölgəyə yaxın yerdə yenidən dislokasiya ediləcək və İŞİD-in fəallaşacağı təqdirdə hərəkətə keçəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam