Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Türkiyə ABŞ və Avropa ilə üz-üzə gələ bilərmi?

Menbiç əməliyyatı tərəfləri qarşı-qarşıya qoyub, ancaq...; politoloq: “Böyüklər kiçiklərə görə üz-göz olmurlar...”

Yenixeber.org:Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə ordusunun bir neçə gündən sonra Suriyanın kürdlərin nəzarətində olan Menbiç rayonunda əməliyyatlara başlayacağını bəyan etməsi Avropa İttifaqı və Amerikada ciddi narahatlıqla qarşılanıb. Artıq rəsmi bəyanatlar verilməyə başlayıb.

Avropa Birliyi Türkiyəni Suriyanın kürdlərin nəzarətində olan Menbiç bölgəsində əməliyyatlara başlamamağa çağırır. Axar.az xəbər verir ki, bu sözləri Avropa Birliyinin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini deyib. O bildirib ki, Türkiyə Avropa Birliyinin əhəmiyyətli ortağıdır: “Türkiyə bölgədə çox önəmli rol oynayır. Biz Suriyada şiddətə son qoyulmasını, terrorizmin məğlub olmasını, bu ölkədə və bütün bölgədə sabitliyin əldə edilməsini istəyirik. Bu səbəbdən türkiyəli rəsmilərin koalisiyanın İŞİD-ə qarşı səylərini baltalaya bilən və ya Suriyada sabitliyi poza bilən hər cür birtərəfli qərardan geri çəkilməsini gözləyirik”.

ABŞ rəhbərliyi Türkiyənin Suriyada kürdlərin nəzarətində olan torpaqlarda əməliyyat başladılacağı ilə bağlı açıqlamasından narahatdır. Bu barədə “Vaşinqton Post” qəzetinə adı açıqlanmayan ABŞ rəsmisi deyib. Məqalədə ABŞ rəsmilərinin ABŞ və NATO-nun Ankaranın problemlərini həll etmək üçün göstərdiyi səylərin sabitliyi təmin edəcəyinə inandıqları qeyd edilib.

Türkiyə Suriyada hər hansı bir qarşıdurmanın yaranmaması üçün öz addımlarını Rusiya və ABŞ ilə əlaqələndirmək niyyətindədir. Bunu isə Doha forumunun kuluarlarında Türkiyə prezidentinin müşaviri İbrahim Kalın deyib. “Biz İŞİD əleyhinə koalisiyanın bir hissəsiyik və onunla mübarizəni dəstəkləyirik. Buna görə də, öz səylərimizi əlaqələndirmək istəyirik, hərbçilərimiz istənilən qarşıdurmadan dəqiq yayınmaq üçün amerikalılarla, ruslarla və koalisiyanın Suriyada olan digər üzvləri ilə sıx əlaqədə olacaq”, - deyə o bildirib.

Menbiçte ile ilgili görsel sonucu

Kalın həmçinin münaqişələrin qarşısının alınması üzrə mexanizmin olduğunu və bu mexanizmin reallaşdırılacağını dilə gətirib. O eyni zamanda, bildirib ki, Türkiyə öz sərhədində terror təhlükəsinin aradan qaldırılması üçün əlindən gələni edəcək.

Ekspertlər bildirirlər ki, Türkiyə Menbiç əməliyyatına başlarsa, rəsmi Ankaranın ABŞ və Avropa Birliyi ilə münasibətləri gərginləşə bilər. Politoloq Əhəd Məmmədli Qərbin narahatlığının əsassız olmadığını düşünür: “Türkiyə Menbiç əməliyyatının anonsunu verdikdən sonra Ərdoğan Trampı xəbərdar etdi ki, amerikan ordusunu vurulacaq nöqtələrdən çəksinlər. Türk ordusu 100-dən çox nöqtə zərbələri endirəcək. Menbiçdə 1000-dən çox amerikan əsgər kontingenti var. AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini yaxşı olar ki, Fransa, Hollandiya, Belçikada baş verən ”sarı jiletlər" hərəkatından, breksitdən, qaçqın axınından narahat olsun, daxilindəki problemlərlə məşğul olsun. Avropanın ciddi narahatçılığı başa düşüləndir. Avropa böyüyən Türkiyədən çox qorxur. Qoca Avropa hələ də Osmanlı kabusundan qurtulmayıb. Osmanofobiya, türkəfobiya, islamofobiya Avropanı sonda bitirəcək. Orta əsrlərdə avropalıların ən qorxduğu səs “ay ana türklər gəlir” səsi idi. Bu səsi hələ də avropalılar unutmayıb. Bizdən fərqli gavurlar keçmişini yaxşı xatırlayırlar. Ona görə də gələcəklərini düşünüb hər vəchlə Türkiyənin böyüməsinin qarşısını almağa çalışırlar. Sovetlər Birliyi dağılandan sonra PKK-nı Avropa Birliyi və ABŞ öz himayəsinə götürdü. PKK qurulandan ən pis günlərini yaşayır. Bu terror yuvası məhv olmaq üzrədir. Bu da o deməkdir ki, PKK məhv ediləndən sonra Türkiyə daxili problemləri tam şəkildə həll edəcək və daha çox beynəlxalq siyasətdə çəkisi artacaq. Türkiyənin daha daxili problemlərlə başını qatmayacaqlar. Qərbin də məhz qorxduğu budur. Qərb istəyir ki, qardaş ölkənin başını PKK, FETÖ, DAİŞ kimi problemlərlə qatıb onun beynəlxalq siyasətdə çəkisinin güclənməsinin qarşısını alsın. Proseslər PKK-nın məhvinə doğru gedir. Bu da çox ciddi şəkildə ABŞ-ı, Avropanı narahat edir. Amerika PKK-nın arxasından çəkilsə, heç bir gərginlik olmayacaq. Şimali Suriyada gərginlik yaradan PKK və amerikan qoşunlarıdır. O bölgədə gərginliyə səbəb olan amerikalıların PKK-ya 5 min tır silah göndərmələridir. Afrin əməliyyatı qabağı da Amerika, Avropa narahatçılıqlarını bildirirdilər. Amma fakt qarşısında qaldıqlarından, türk əsgərini Afrində gördüklərindən sonra bu situasiya ilə barışmalı oldular. Eynən Menbiç əməliyyatında da belə olacaq.

Menbiçte ile ilgili görsel sonucu

Nə ABŞ, nə də AB PKK-ya görə Türkiyə ilə münasibətlərini gərginləşdirən deyil. Böyüklər kiçiklərə görə üz-göz olmurlar. Böyüklər ancaq o vaxt üz-göz ola bilərlər ki, bir birlərinə zərər toxundursunlar. Türk ordusu ilə amerikan əsgəri Menbiçdə üz-üzə gəlməyənə qədər münasibətlər ciddi şəkildə gərginləşməyəcək. Yox əgər türklərlə amerikalılar Menbiçdə toqquşsa, bax onda ciddi gərginlik yarana bilər. İnanmıram ki, bu baş versin. Çünki bir-birləri ilə toqquşma nə türklərə, nə də amerikalılara lazımdır. Məhz bunun üçün də əvvəlcədən terroristlərə vurulacaq zərbələrin koordinatları amerikalılara göndərilib. Aydın məsələdir ki, Türkiyə bu əməliyyatı ABŞ, Böyük Britaniya və Rusiya ilə də razılaşdırıb. Ən azından bu dövlətlərə əməliyyat haqqında əvvəlcədən xəbərdarlıq edilib. Britaniya və Rusiya bu məsələdə sakitliklərini saxlayırlar. Afrin əməliyyatinda da belə idi. Britaniya və Rusiya sakit durdular, əsasən də Britaniya. ABŞ-la Avropa Birliyi danışdı. Amma onların danışmağı heç nəyi həll etmədi. Menbiç əməliyyatı qabağı da belədir. ABŞ və Avropa Birliyi danışır, Böyük Britaniya və Rusiya sakit durub. Bu dəfə də ABŞ-la Avropa Birliyinin danışmağı heç nəyin qarşısını ala bilməyəcək. Türkiyə Menbiç əməliyyatını başlayıbsa, sona çatdıracaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam