Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İsrail mediasında sensasiyalı iddia: "XOMEYNİNİN NƏVƏSİ AMERİKALILARLA GİZLİ DANIŞIQLAR APARIR"

Tsvi Cofre

“Jerusalem Post”, 09.07.2019

 

Yenixeber.org: İraqın Ərbil şəhərindəki bir oteldə Birləşmiş Ştatlar rəsmiləri və İran nümayəndələri arasında gizli görüşlər keçirilib. Bu barədə “i24News” məlumat verib. İran nümayəndələrinə İslam Respublikasının qurucusu Ayətullah Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeyni rəhbərlik edib.

Nümayəndə heyətinə, həmçinin İslam İnqilabçı Keşikçiləri Korpusundan (İİKK) iki nəfər, habelə İranın İraqdakı xüsusi nümayəndəsi İrəc Məscidi də daxildir.

“i24News”-un məlumatına əsasən, bu yaxın vaxtlarda İnqilab Keşikçiləri qvardiyasında bölünmə baş verib və İslam Respublikası incə çevrilişlə üzləşib.

İranın İraqdakı kürd müxalifət partiyaları ilə də əlaqə saxladığı barədə məlumatlar var, amma danışıqlar “i24News”-un daxili mənbələrinin iddiasına görə, “faydasız” olub.

Kürd müxalifət qurumu “İran Kommunist Partiyası” açıqlayıb ki, bəzi əsas kürd partiyalarının son iki il ərzində gizli şəkildə İran rəsmiləri ilə görüşüb.

İran xarici işlər naziri Cavad Zərif ötən günlərdə atdığı bir tvitində baş nazir Benyamin Netanyahu və ABŞ-ın milli təhlükəsizlik müşaviri Con Boltonu 0% uran zənginləşdirmə tələbi ilə Paris razılaşmasını məhv etməkdə günahlandırıb.

Bolton və Netanyahu “0% zənginləşdirmə tələbi qoyaraq onlar E3 və İran arasında 2005-ci ilin Paris sazişini öldürüb. Nəticə? İran 2012-ci ildə zənginləşdirməni 100 qat artırıb”.

Zərif iki səlahiyyətlini Trampı tələyə salmaqda və JCPOA-dan çıxmaqda ittiham edib.

Bazar ertəsi günü İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi “ISNA” xəbər agentliyinə bildirib ki, Tehran nüvə razılaşmasının tələbini pozaraq 3.67% saflığında uran zənginləşdirib. Bu daha sonra MAGATE tərəfindən təsdiqlənib.

Həmçinin, Bazar ertəsi günü Zərif ABŞ-ın 2015-ci ilin nüvə razılaşmasından daha yaxşı bir şey gözləməməsinə dair tvit atıb.

“Daha yaxşı bir razılaşma olmayacağı getdikcə daha aydın olur. Amma onlar İrana sazişə tam əməl etməyi tövsiyə edirlər”.

İranın “Fars” xəbər agentliyi bu həftə xəbər verib ki, “İraq Hizbullahı”nın əldə etdiyi audio fayllar və “WhatsApp” söhbətlərinə əsasən, İraq ordusunun komandirlərindən biri İraq-Suriya sərhədindəki hərbi bazalar barədə CIA (Mərkəzi Kəşfiyyat İdarəsi) casusuna məlumat verib.

Söhbət İraqın əl-Anbar əyalətindəki əməliyyat komandiri Mahmud əl-Fəlahinin İraq vətəndaşı olan bir CIA casusuna İraq-Suriya sərhədində ABŞ və İsrail qüvvələrinə hücum edə biləcək mövcud hərbi bazaların coğrafi koordinatları ilə təmin etməsindən gedir.

CIA casusu vasitəsilə əl-Fəlahi İraq Kürdüstanı bölgəsindəki Ərbildə və ya ABŞ-ın Qərbi İraqdakı “Habaniyə” bazasında yerləşən kəşfiyyat xidməti komandirləri ilə görüşüb.

“İraq Hizbullahı”nın sözçüsü Məhəmməd Muhi Şənbə günü Livanın “əl-Məyadin” xəbər agentliyinə bildirib ki, “Haşdi-Şəabi” əl-Fəlahinin CIA və İsrail “Mossad”ı üçün İranın milli təhlükəsizliyi əleyhinə casusluğunu ifşa edib.

Muhi deyib: “ABŞ səfirliyi və İraqdakı ABŞ qüvvələri məhkum edilməlidir. Amerikaya etibar olunmamalıdır”.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam