Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“TÜRKİYƏNİN DOSTU AZƏRBAYCAN, DÜŞMƏNİ AMERİKADIR”: Türkiyədə maraqlı ictimai rəy sorğusunun nəticələri dərc olunub

 

Yeni Akit (Türkiyə), 20.09.2019

 

Yenixeber.org:  “Araşdırma, Dəyərləndirmə, Analiz” araşdırma şirkəti  (ADA) “Türkiyə gündəliyinin araşdırılması” adlı ictimai rəy sorğusunun nəticələrini dərc edib. 2019-cu ilin 19-30 avqustunda ölkənin 26 əyalətində aparılmış  araşdırmanın gedişində 18 yaşdan yuxarı 1721 sakin sorğuya tutulub.

Araşdırma iştirakçılarına Türkiyənin ən önəmli məsələləri, ABŞ və NATO-nun mövqeyinə baxmayaraq, Rusiyadan S-400-lərin alqısı, əfv haqda qanun layihəsi, habelə iddia olunduğu kimi, yeni partiya yaratmağa hazırlaşan Davudoğlu və Əli Babacan haqda suallar verilib.

Sorğulananların 44,9%-i “Türkiyənin hansı problemi daha önəmlidir?” sualına cavab zamanı iqtisadiyyatı, 17%-i işsizliyi, 6%-i Suriya qaçqınlarını, 5,2%-i terrorizmi göstərib, 2,9% isə diqqəti demokratiya, insan haqları və ədalətə yönəldib. Sorğulananların 74,9%-i “ABŞ və NATO-nun mövqeyinə baxmayaraq Rusiya istehsalı S-400 HHM sisteminin alqısını necə dəyərləndirirsiniz?”sualını cavablandırarkən “dəstəkləyirəm”, 14,9%-i “dəstəkləmirəm” variantını seçib, 7,3%-i isə birmənalı cavabdan çəkinib.

 

Sorğulananların 94,5%-i ABŞ-ı düşmən sayır

 

Hansı ölkələrin Türkiyəyə dost, hansıların düşmən olduğu sualına cavab zamanı sorğulananların 94,5%-i ABŞ-ı düşmən ölkə adlandırıb. Azərbaycan 83% səs yığmaqla dost ölkələr içində birinci yeri tutub. Ardınca Rusiya (16,3%) və Çin (10,2%) qərarlaşıb.

 

Əfv haqda qanun parlamentin gündəliyində

 

Son zamanlar əfv haqda parlamentin gündəliyində duran qanun layihəsini necə dəyərləndirirsiniz?” sualına cavablar sıradakı şəkildə bölgülənib: sorğulananların 42,3%-i qanun layihəsini dəstəkləməyib, 24,4%-i qanun layihəsini bəyənib və qeyd edib ki, belə bir qanun qəbul edilməlidir, 33,3% cavab verməyə çətinlik çəkib.

 

56,4% hesab edir ki, Türkiyəyə yeni partiya gərək deyil

 

Sorğulananların 56,4%-i “Türkiyəyə yeni partiya gərəkdirmi” sualına “yox”, 32,2%-i “bəli” cavabı verib, 11,1%-i cavab verməyə çətinlik çəkib.

 

Davudoğlıu, Babacan və İncə haqda sual

 

Sorğu iştirakçılarından habelə keçmiş baş nazir Əhməd Davudoğlu, baş nazirin keçmiş I müavini Əli Babacan və 2018-ci ildə Cümhuriyyət Xalq Partiyasından prezidentliyə namizəd Məhərərm İncəli yeni partiya yaradacağı halda onlara səs vermək niyyətində olub-olmadıqlarını soruşublar.

Sorğulananların 10%-i Babacanı, 7,3%-i Davudoğlunu, 9,5%-i İncəni dəstəkləməyə hazır olduğunu ifadə edib.

 

Prezidentlik sistemi haqda sual

 

Sorğulananların 61,5%-i “Prezidentlik sistemindən razısınızmı” sualına isə “yox”, 38,5 %-i “bəli” cavabını verib.

 

“Ən yaxın bazar günü seçkilər baş tutsaydı, səsinizi hansı partiyaya verərdiniz?”

 

İştirakçıların 37,5%-i bu sula cavab zamanı Ədalət və İnkişaf Partiyasını, 22,8%-i Cümhuriyyət Xalq Partiyasını, 11,5%-i yaradılacağı halda yeni partiyanı, 9,5%-i Millətçi Hərəkat Partiyasını, 9%-i Xalqların Demokratik Partiyasını, 7%-i İYİ Partiyanı, 0,9%-i Səadət Partiyasını dəstəkləyib.

 

“Prezident seçkilərində kimə səs verirsiniz?”

 

Sorğulananların 39,1% bu suala “Rəcəb Tayib Ərdoğan”, 28,6%-i “Əkrəm İmamoğlu” (2019-cu il 27 iyundan İstanbulun meri), 8%-i “Səlahəddin Dəmirtaş” (Xalqların Demokratik Partiyasının lideri), 6,8% “Maral Akşənər” (İYİ Partiyanın sədri), 6,5%-i “Dövlət Baxçalı”, 4,2% “Əli Babacan”, 2,3%-i “Əhməd Davudoğlu”, 2%-i “Məhərrəm İncə”, 0,5%-i “Kamal Kılıçdaroğlu” cavabını verib.

Qabaqlar ADA-nın  sorğusu 2019-cu il martın 31-də İstanbul merinin seçkilərində Cümhuriyyət Xalq Partiyasından Əkrəm İmamoğlunun qələbəsini ölcədən xəbər verib.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam