Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Türk ekspertdən şok açıqlamalar: “S-400-LƏRİN ALQISI TÜRKİYƏNİ İŞĞAL ETMƏYƏ HAZIRLAŞAN NATO-ya QARŞI ADDIMDIR” –Araşdırma

 

Haber7 (Türkiyə)

25.07.2019

 

Yenixeber.org: Siyasi fəlsəfə sahəsində ekspert Lütfü Özşahin ehtimal edib ki, Türkiyə Rusiya S-400-lərini almaqda belə bir israr göstərib, çünki Türkiyənin NATO tərəfindən potensial işğal planına qarşı əks-fəaliyyətə hazırlıq görür.

Lütfü Özşahin Didem Arslan Yılmazın Habertük TV-də apardığı “Türkiyənin nəbzi” verilişinin qonağı olub.

Ekspert NATO-nun Türkiyə üçün təhlükə təşkil etdiyinə israr edərək mülahizə yürüdüb: “Biz S-400-ləri kimə qarşı almışıq… Əgər Rusiya Türkiyəni işğal etməyə hazırlaşırsa, onda S-400-ü bizə niyə satmalıdır? Türkiyəni havadan işğal etməyə qabil yeganə güc ABŞ-dır. Belə ki, Türkiyənin işğalı üçün NATO-nun planı var. Onlar bunu havadan etməyə hazırlıq görürlər. Onlar təlim keçiriblər. Türkiyəni qoruyan NATO yoxdur. Yedəkdə saxlayan, nəzarət edən və gərək olarsa, çevrilişlər təşkil edən NATO var”.

 

“Türkiyədə çevrilişin arxasında NATO durmuşdu”

 

Özşahin qeyd edib – Türkiyədə hər bir çevrilişin arxasında NATO durub“NATO-da “Qladio” strukturu var. Çevrilişlər uyğun göstərişlərsiz baş vermir. Türkiyədə bütün çevrilişlərin dalında onlar durublar. Hətta Fətulla Gülənin terror təşkilatı da (FETÖ) onun tərkib hissəsidir”.

 

“Türkiyənin işğalı”na yönəlmiş təlimlər

 

2002-ci il iyulun 24-də Amerikanın Nevada ştatında “Minilliyin çağırışı-2002” (Millennium Challenge) adlı nəhəng təlimlər olub. Ona 13,5 min hərbçi qatılıb. Bu əhatəli manevrlərə NATO üzvü bir çox ölkələr çağırılıb, amma Türkiyə dəvət olunmayıb.

“Gürz” işində (guya 2003-cü ildə hazırlanan hərbi çevriliş-tərc.) adı keçən qərargah polkovniki və FETÖ-dən ziyan görən hərbçilərdən biri Mustafa Önsel bir zamanlar OdaTV üçün məqalədə bu təlimlərin ssenarisindən danışıb. Önsel yazıb: “Şərti düşmən iki qitədə yerləşən ölkə idi. O bu üzdən bəzi dəniz yollarına nəzarət edir. Bu hədəf ölkənin Aralıq dənizində bir ada dövləti ilə münasibətlərində problemlər var. Həm də bu ölkədə milli azlıqlar yaşayır”.

Ssenariyə görə, “hər şey şərti düşmənin ərazisində son dərəcə dağıdıcı zəlzələdən başlanır. Beynəlxalq məhkəmə zəlzələ ilə yanaşı bu ölkənin ərazi sərhədləri haqda onun maraqlarına zidd qərar çıxarır. Beynəlxalq güclər bu zaman şərti düşmənə onunla da propblemi olan ada dövləti ilə münaqişəyə girməyi təklif edir.

Siyasi rəhbərlik çətin duruma düşərək bu təklifi qəbul etməyə məcbur olur. Hərbçilər bundan sonra ölkədə hakimiyyəti ələ keçirir və avtoritar rejim qururlar. Sonra ada dövlətini mühasirəyə alırlar və Amerika hərbçiləri 96 saat ərzində şərti düşmənin ərazisinə soxulurlar”.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam