Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

“Türkiyə üçün ən böyük təhlükə ABŞ və İsraildir” –İlk onluqda daha hansı ölkələr var?

istanbul

Türkiyənin təhlükəsizliyi üçün ən böyük təhdid Amerika Birləşmiş Ştatlarıdır (ABŞ).

Yenixeber.org: Məlumata görə, bu iddia «Türkiyə-2019 xarici siyasətinin cəmiyyət tərəfindən qarşılanmasının şərhi» adlı sosioloji araşdırmanın nəticələri barədə hesabatda əksini tapıb.

Sorğunun nəticələrinə görə, Türkiyənin təhlükəsizliyinə təhdid təşkil edən top-onluq ölkələrin sırası belədir:

ABŞ, İsrail, Fransa, Böyük Britaniya, Ermənistan, Suriya, Almaniya, Yunanıstan, İraq, Kipr.

Rusiya 12-ci yerdə qərarlaşıb və bununla da Türkiyə ictimai fikrinə görə, təhdid sayılmır.

Hesabatda həm də digər siyasi məsələlər dairəsinə aid məlumatlar yer alıb. Məsələn, rəyi soruşulan türklərin əskəriyyəti əmindir ki, ABŞ-ın sanksiyalarına baxmayaraq, Ankara S-400 zenit-raket kompleksini (ZRK) almalıdır.

Ən kəskin xarici-siyasi problemlər arasında, rəyi soruşulanlar ABŞ-ın təsirindən əlavə, sərhədyanı terroru və Suriyadakı müharibəni önə çəkiblər. Bu zaman respondentlərin 60,0 faizi ölknin NATO-da saxlanmasına tərəfdar olduğunu bildirib.

Cəmi 16,0 faiz respondent Türkiyəni Avropa ölkəsi hesab edir, 46,5 faiz isə onu «islam ölkəsi» adlandırır, Ankaraya ən dost ölkənin isə Azərbaycan olduğu hesab edilir.

Rəyi soruşulanların 26,0 faizi Rusiyanı Türkiyənin strateji həmkarı sayır.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam