Redaktor seçimi
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
Günün xəbəri

Rusiya ilə Ermənistan mübahisəyə başladılar-Azərbaycana görə

 

Rusiya Baş nazirinin müavini Yuri Borisov və KTMT-nin baş katibi əvəzi Valeri Semerikovun Azərbaycanın təşkilata müşahidəçi kimi üzv ola biləcəyinə dair açıqlamaları Ermənistan Xarici İşlər Nazirliyinin qəzəbli reaksiyasına səbəb olub.

Yenixeber.org: Xatırladaq ki, bundan əvvəl Rusiya Baş nazirinin müavini Yuri Borisovun KTMT-nin bütün keçmiş sovet respublikaları, o cümlədən Azərbaycan ilə əməkdaşlığı hər zaman alqışlayacağını söylədiyini yazmışdıq.

Qurumda Azərbaycana müşahidəçi statusunun verilməsini KTMT-nin baş katibi əvəzi Valeri Semerikov da istisna etməyib.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan isə cümə günü keçirdiyi brifinqdə deyib: "Yerevanın razılığı olmadan Azərbaycanın KTMT-də müşahidəçi statusu alması ilə bağlı hər hansı bir rəy yalnız rəy səviyyəsində qalacaq".

“Biz KTMT-nin statusu və tərəfdaşı ilə bağlı verilən şərhləri gördük. Tərəfdaş və müşahidəçi üçün xüsusi tələbləri özündə əks etdirən KTMT Nizamnaməsinin olduğunu açıq şəkildə bildirmək lazımdır. Ermənistanın razılığı olmadan hər hansı bir fikir və ya şərh sadəcə olaraq elə o cür də qalacaq”, - deyə XİN rəsmisi vurğulayıb.

Onun sözlərinə görə, müşahidəçinin bütün KTMT ölkələri ilə diplomatik münasibətləri olmalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam