Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

KTMT və Qarabağ:“Putinin hansı rol oynadığını bilirsiniz” - Bakıya mesaj

KTMT və Qarabağ: “Putinin hansı rol oynadığını bilirsiniz” - Bakıya mesaj
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi statusunun verilməsi barədə qərar kollektiv olaraq qəbul edilməlidir"
Yenixeber.org: Bunu Rusiya Baş nazirinin müavini Yuri Borisov KTMT-nin İrəvanda keçirilən hərbi-iqtisadi əməkdaşlıq üzrə dövlətlərarası komissiyasının iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

"Bu, təkcə Azərbaycana aid deyil. KTMT hər zaman keçmiş SSRİ respublikaları ilə əməkdaşlıq etməkdən məmnun olacaq. Biz hamımız nə zamansa bir ailə olmuşuq, ortaq nələrimizsə var. Bu, həm də bütün keçmiş respublikaların hərbi qüvvələrinin müəyyən tarazlığına aiddir. Buna görə də biz balanslı və düşünülmüş siyasət aparırıq".

Onun sözlərinə görə, bütün KTMT ölkələri və Azərbaycan ilə hərbi-texniki əməkdaşlığa gəlincə, Rusiya Qarabağ münaqişəsinin alovlanmasında maraqlı deyil.

"Əksinə, Rusiya münaqişənin həll olunması üçün hər yolla kömək edəcək. Rusiyanın, xüsusən də prezidentimizin bu məsələdə hansı rol oynadığını bilirsiniz" .

Borisov daha sonra qeyd edib ki, "modernləşmə" ilə bağlı qərar kollektiv şəkildə qəbul edilir: "İstənilən qərar təşkilatın nizamnaməsinə və qaydalarına uyğun olaraq qəbul ediləcək".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam