Kəmaləddin Heydərovla Ziya Məmmədovun gizli savaşı
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovla nəqliyyat naziri Ziya Məmmədov arasındakı nüfuz savaşı həlledici mərhələyə daxil olur.
"Xeberinfo.com": Məlumata görə, ölkənin iki qüdrətli oliqarxı biznes sərhədlərinin yenidən cızılması üçün apardıqları savaş mediada bir elə hiss olunmur. Hər iki tərəf daxili oyun qaydalarına çox ustalıqla riayət edərək ad çəkmədən savaş aparırlar.
2 holdinq sahibinin davası
Lakin hər nə qədər “gizli savaş rejimi” qaydalarına ciddi əməl olusa da qarşıdurmanın əks-sədası vaxtaşırı eşidilməkdə müşahidə olunmaqdadır. Hələ ki, hər iki oliqarxın nüfuz dairəsində olan media qarşı tərəfin maliyyə -biznes strukturları haqda neqativ məlumatları tirajlamaqla kifayətlənirlər. Məsələn, Z.Məmmədovun media resuraları K.Heydərovun kurasiyasında olan gömrük xidmətindəki neqativ hallarla bağlı məumatları tirajlayır. K.Heydərovun mediası isə nəqliyyat sektorundakı qanunsuzluqları qabartmağa çalışır. Görünən budur ki, indiki mərhələdə hər iki tərəf bundan uzağa getməyə cəsarət göstərmir və daha çox əsəb müharibəsinə üstünlük verirlər. Amma müşahidələr və Azərbaycanda oliqarxalrın biznes savaşları parktikasının təhlilli deməyə əsas verir ki, qarşıdurmanın açıq müstəviyə keçməsini şərtləndirən addıamalr yaxın zamanlarda atıla bilər.
Hər iki tərəfə yaxın çevrələrdən sızan informasiyalar , müşahidə və təhlillər göstərir ki, bu mübarizə tərəflərdən birinin acı məğlubiyyəti ilə bitəcək. Çünki hər bir tərəf açıq müstəvidə döyüşə çox ciddi hazırlaşır, hazırd a isə sanki, bir-birlərinin zəif tərəflərini öyrənmək, mübarizə imkanlarını dəyərləndirməklə məşğuldurlar.
Təbii sual ortaya çıxır: Bu iki oliqarx nəyi bölüşə bilmir? Axı rəhbərlik etdikləri sahələr tam fərqlidir və toqquşan maraqlar yoxdur. Yəni ziddiyyətlər funksional maraqların toqquşmasından yaranmayıb.
Müşahidə və daxil olan xəbərlərə əsaslanaraq belə qənaətə gəlmək olar ki, ziddiyyətlər biznes maraqlarından və inzibati resurlardan istifadə ilə bağlı mütəmadi baş verən mübahislərdən qaynaqlanır. Hər iki oliqarx ölkənin iqtisadi mühütünə birbaşa təsir etmək gücündə olan nəhəng holdinqlərə sahibdirlər. K,Heydərov “Gilan”, Z.Məmmədov isə “Garant” holdinqə qeyri-rəsmi nəzarət edir. Hər iki holdinqin tərkibinə sənaye, ticarət, emal, bank-sığorta, turizm və tikinti üzrə yüzlərlə müəssisə daxildir. İndiki vəziyyətdə bu holdinqlərin iri məbləğli dövlət sifarişlərinə və inzibati resurslara çıxış uğrunda mübarizədə maraqları toqquşur. İnzibati resurslar dedikdə, ilk növbədə oliraxların iri və gəlirli rayonların nəzarətə götürülməsi nəzərdə tutulur. Hər iki oliqarx ölkənin zəngin rayonlarına nəzarət etmək, öz adamını başçı təyin etməyə çalışır ki, bölgənin təbii resursları hesabına holdinqlərinin biznes sərhədlərini genişləndirsinlər. Hələlik ölkənin resursla zəngin Cənub bölgəsi və Qəbələ K.Heydərovun, Şimal bölgəsi və Mingəçevir isə Z.Məmmədovun nüfuz dairəsindədir. Yeri gəlmişkən, 2012-ci ilin martında məlum Quba hadisələri zamanı qiyamvə onun nəticələrinin K.Heydərovun maraqlarına cavab verdiyi barədə mediada versiyalar səsləndirildi. O zaman Qubanın sabiq başçısı Rauf Əliyev Z.Məmmədovun yaxın adamı sayılırdı. Ancaq qiyamın nəticələri yenə K.Heydərovun xeyrinə olmadı – Z.Məmmədov Qubaya yenidən öz adamını təyin etdirə bildi. Həm nəhəng dövlət sifarişlərinin əldə edilməsi, həm də zəngin rayonların bölüşdürülməsi iki olirqarx arasında ziddiyyətlərin əsasını təşkil edir.
Savaşın "ideoloji" əsasları
İstiqlal.az-a daxil olan məlumatlara görə, noyabrda keçiriləcək parlament seçkiləri də ziddiyyətlərin dərinləşməsinə rəvac verir. Hər iki oliqarxı müəyyən dairələrdə öz namizədi var, bəzi dairələrdə isə toqquşurlar.
Hakimiyyətdəki mənbələr Heydərov-Məmmədov qarşıdurmasının “ideloji” əsaslarının da olduğunu bildirir. K,Heydərov hakimiyyətdəki “köhnə qvardiya”nı təmsil edir, Z.Məmmədov isə “yeni Bakı klanını” (bu qrup regional qruplaşma deyil, burada ən müxtəlif bölgənin təmsilçiləri var) təmsil edir. K.Heydərovu müdafiə edən “köhnə qavardiya” belə hesab edir ki, onların xidmətləri daha çoxdur və hakimiyyət piroqundan ən böyük pay da onlara çatmalıdır. Qarşı tərəf isə belə hesab edir ki, “köhnə qvardiya” kifayət qədər hakimiyyət imtiyazlarından faydalanıb, indi növbə onlarındır.
Beləliklə, iki oliqarx arasında mübarizə artıq açıq müstəviyə keçmək üzrədir. Kimin qalib gələcəyini proqnozlaşdırmaq çətindir. Ancaq təbii ki, bu məsələdə K.Heydərov zəngin təcrübəyə sahibdir. O vaxtilə Z.Məmmədovdan qat-qat güclü rəqiblərinə qalib gəlməyi bacarıb – sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov, səhiyyə naziri Əli İnsanov, müdafiə naziri Səfər Əbiyev, iqtisadi inkişaf nazirləri Fərhad Əliyev və Heydər Babayev fövqəlnazirlə rəqabət şəraitində olublar. K.Heydərov hətta F.Əliyevin həbsinə belə yardımçı olub. Sabiq iqtisadi inkişaf naziri hətta məhkəmədə belə etiraf etdi ki, ona qarşı ittihamlar Gömrük Komitəsində hazırlanıb (onda K.Heydərov gömrük xidmətinə rəhbərlik edirdi).
Müşahidəçilər K.Heydərov-Z.Məmmədov qarşıdurmasını K.Heydərov-F.Əliyev qarşıdurması ilə daha çox müqayisə edirlər. Çünki başqa rəqiblərə K.Heydərovun rəqabəti çox qabarıq olmasa da, F.Əliyevlə münaqişə açıq qarşıdurma şəraitində keçib.
Ziya Məmmədov üçün Fərhad Əliyev ssenarisi
İstiqlal.az-a daxil olan məlumatlara görə, K.Heydərov F.Əliyevə mübarizədə tətbiq etdiyi ssenarini Z.Məmmədova tətbiq etmək istəyir. Söhbət Z.Məmmədovun əsas dayağı sayılan, Nəqliyyat Nazirliyinə ayrılan 1 milyard manatdan çox büdcə investisiyalarının əhəmiyyətli kəsiminə nəzarət edən “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanovun Z.Məmmədovun çevəsindən uzaqlaşdırmaqdan gedir. Məlumatlara görə, artıq C.Qurbanovla bağlı ssenari reallaşmaq üzrədir. Z.Məmmədov da bununla bağlı məlumatlıdır və buna görə də C.Qurbanovun səlahiyyətlərini məhdulaşdırmağa çalışır.
Yada salaq ki, K.Heydərov F.Əliyevi zərərsizləşdirmək üçün öncə onun əsas dayağı sayılan, o vaxt İqtisadi İnkişaf Nazirliyinin tabeçiliyində olan Özəlləşdirmə Departamentinin rəhbəri Kərəm Həsənovu onun çevrəsindən uzaqlaşmasına nail ola bilmişdir. Nəticədə Özəlləşdirmə Departamenti 2005-ci ilin sentyabrında müstəqil bir komitəyə çevrildi və 1 ay sonra F.Əliyev həbs edildi – 2005-ci ilin oktyabrın 19-da.
Lakin indiki vəziyyətdə Z.Məmmədovu “vurmaq” o qədər də asan deyil. Çünki, hazırkı şərtlər və hakim komandada qüvvələr nisbəti fərqlidir. Digər tərəfdən Z.Məmmədov çoxlarının qibtə etdiyi çox uğurlu karyera qura bilib və Dövət Dəmir yolunun sadə rəhbərlindən çox qısa müddətdə ölkənin ən nüfuzlu oliqarxalrından birinə çevrilib. Çox qısa zamanda özünə sadiq və biznes-imperiya qurmaq planlarını mevik həyata keçirə bilən komanda formalaşdırıb. Z.Məmmədov rəqiblərinə sürpriz hazırlaya bilən fiqurlardandır. Bu günlərdə onun qardaşına “Şöhrət” ordenin verilməsi Məmmədovalrı açıq hədəfə götürənlərə çox tutarlı cavab oldu. Heç kim bu sürprizi gözləmirdi, lakin Z.Məmmədov gücünü bir daha göstərdi. Eyni zamanda Z.Məmmədov heç bir halda siyasi ambisiyalar nümayiş etdirməyib və yuxarıdan gələn təşəbbüsləri tam gücü ilə dəstəkləyib. Eyni zamanda o F.Əliyevdən fərqli olaraq siyasət yox biznes müstəvisində güclənməyə üstünlük verir. Bu keyfiyyətlərinə görə “Bakı klanı”nın etimadını qazana bilib və müəyyən həddə qədər özünü sığortalamağı bacarıb. Z.Məmmədovun həmçinin, mümkün qədər digər oliqarxlarla konfliktdən qaçmağa çalışdığı müşahidə olunub. Lakin indiki mərhələdə K.Heydərovla qarşıdurma qaçılmaz kimi görünür. Bütün gəlir mənbələri və resursların dəqiqliklə bölşdürüldüyü şərtlərdə daha böyük güc qazanmaq üçün artıq mübarizə aparmaq zəruri amilə çevrilib. Daha böyük gücə çverilmək ehtiyacını isə mövcud reallıqlar və şərtlər diktə edir. Daha böyük güc daha yaxşı sığorta və təhlükəsizlik təmimatları almaq deməkdir. Bu mübarizədə zəiflər uduzur....
K.Heydərovu da Z.Məmmədovla eyni səbəblər üz-üzə qoyub. Daha güclü olmaq üçün növbəti rəqib məğlub edilməli, biznes imperiya genişlənməlidir.
Azərbaycan reallığında isə praktika göstərir ki, yalnız ən yaxşı müdafiə hücumdur strategiyası uğur gətirir...