Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Baş nazirlik uğrunda savaş yenidən alovlanıb

kamal-samirserifovSamir Şərifov açıq şəkildə iddiasını ortaya qoyub

Xeberinfo.com:  Hakimiyyət daxilində baş nazirlik uğrunda savaş yenidən qızışıb. Redaksiyamıza daxil olan məlumata görə, artıq maliyyə naziri Samir Şərifov da açıq şəkildə iddiasını ortaya qoyub.

Qeyd edək ki, baş nazir postuna iddialılar sırasında əsasən nəqliyyat naziri Ziya Məmmədovun, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun və dövlət neft şirkətinin prezidenti Rövnəq Abdullayevin adları çəkilirdi. Hazırda hər üç şəxsin şansları minimuma enib. Ziya Məmmədovla məsələ aydındır. Nəqliyyat naziri artıq etimadını itirib və ölkə başçısı İlham Əliyev onu hissə-hissə “sökməklə” cəzalandırır. Rövnəq Abdullayevə gəlincə, neft şirkətinin prezidenti son aylar ard-arda bir neçə zərbə alıb. “Günəşli” yatağındakı yanğın, neft şirkətinin əsaslı kapital qoyuluşu idarəsinin rəis müavini Qiymət Mehdiyevin adının hallandığı “villa qalmaqalı” buna nümunə ola bilər. Rövnəq Abdullayevin başqa problemi də var. Söhbət onun nurçularla əlaqəli olması barədə iddialardan gedir. Bildirilir ki, hətta Rövnəq Abdullayevin baş nazir təyin olunması barədə ilkin qərar var imiş. Lakin Türkiyə onun nurçularla əlaqəli olması barədə iddialardan dolayı bu təyinata mane olub.

Kəmaləddin Heydərova gəlincə, son günlər onun nəzarətində olan Dövlət Gömrük Komitəsi ilə bağlı xoşagəlməyən faktlar ictimailəşdirilir.

Məlumatlara görə, rəqiblərinin şanslarının əvvəlki vaxtlara nisbətən xeyli aşağı olduğunun fərqinə varan Samir Şərifov da müxtəlif vasitələrlə onlara zərbə vurmağa çalışır.

Məlumatda deyilir ki, güman ki, yaxın vaxtlarda tərəflər arasında mübarizə açıq müstəviyə keçəcək.

Azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam