Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İNQİLAB ZAMANI PAŞİNYAN VƏ SERJ SƏRKSYAN ARASINDA GİZLİ ANLAŞMA? Ermənistanın başçısı keçmiş rüşvətxor məmurları niyə həbs etdirə bilmir? –Təhlil

 

Sərkis Artsruni

ru.1-in.am, 05.08.2019 (Ermənistan)

 

Yenixeber.org: Kriminal oliqarxiya iyirmi il ölkəni gəmirib, amma inqilabın qələbəsindən sonra Ermənistanın heç bir keçmiş yüksəkməqamlı məmuru korrupsiya ittihamı ilə mühakimə olunmayıb. Manvel Qriqoryanın  “pörtülmüş konserv ət” işi olmasaydı, təəssürat yarana bilərdi ki, ötən 20 il boyunca Ermənistanda sistemli korrupsiya və hərtərəfli talan olmayıb.

Əlbəttə, Robert Koçaryana qarşı irəli sürülən ittihamlardan biri rüşvət almağa aiddir, amma bu, indiki halda ilkin istintaq qurumunun əsas vurğusu deyil. “Əsrin rüşvətxoru”, keçmiş təbiəti mühafizə naziri Aram Arutyunyan “üsulluca” gizlənir, Serj Sərksiyana heç bir ittiham elan edilməyib, hətta o, Baden-Badendə istədiyi kimi həzz almaqdan faydalanaraq inqilabı və cəmiyyəti lağa qoyur. 50 50-yə “müəlliflik hüququ”nun daşıyıcısı Saşik Sərksyan (keçmiş prezident Serj Sərksyanın qardaşı; bu haqda bax: PAŞİNYAN HÖKUMƏTİ AZADLIQ SATIR: Sərkisyanın qardaşı həbs olunmamaq üçün 18.5 milyon dollar ödəyib- http://strateq.az/manshet/323481/pasinyan-hokum%c9%99ti-azadliq-satir.html-tərc.) mühakimə edilsə də, hüquq-mühafizə qurumlarının “humanizmi” tükənməzdir və onun ölkədən sərbəst gediş imkanı var.

Deputat Arman Babacanyan öz Facebook səhifəsində yazıb və o, tam haqlıdır: “İnqilabdan başlayaraq Ermənistanda korrupsiya ilə elan edilmiş mübarizə çərçivəsində heç bir korrupsiyalaşmış prezident, baş nazir, nazir, MM sədri, deputat, polis, hakim korrupsiya cinayətinə görə azadlıqdan məhrum edilməyib. Nə qədər ki Ermənistanda korrupsiya ilə mübarizə bəyan səviyyəsində qalır, bizdə iqtisadi artımın və hakimiyyətin bu qədər istəkli inklüziv iqtisadiyyatının mütərəqqi tempi olmayacaq. Və nəhayət,  fəaliyyətdə olan hakimiyyət əvvəlki kriminal rejimə sərt siyasi qiymət verməyə utanınca, dövlətçiliyə qarşı fəaliyyətdə olan cinayətkarlar həbsə atılmayınca suveren, təhlükəsiz və inkişaf etmiş Ermənistan dövlətinin qurulmasına ümidlər təhlükə altındadır”.

Deputat 10 nazirin, Mərkəzi Bankın iki müdirinin, 19 qubernatorun, yüzlərlə qanunvericinin korrupsiya ittihamı üzrə həbsdə olduğu İndoneziyanı örnək gətirib. Yeri gəlmişkən, İndoneziya iqtisadiyyatı sürətlə inkişaf edərək korrupsiya ilə mübarizə və iqtisadi artımın birbaşa bağlılığını sübut edir.

Ermənistanda korrupsiya ilə mübarizə deklarativ xarakter daşıyır və hələ ki Serj Sərksyan azadlıqdadır, Ovik Abramyan böyük mülkədar olaraq qalmaqdadır, Qagik Xaçatryan talan etdiklərindən həzz alırsa və s. heç kim başqa bir şeyi sübut edə bilməz.

Belə bir durum – xüsusən Serj Sərksyan epizodu üzrə – cəmiyyətdə sui-qəsdçilik versiyası doğurur ki, inqilab günlərində Serj Sərksyan və Nikol Paşinyan arasında pərdəarxası kölgə uzlaşması olub. Təəssüf ki, keçmiş məmurların cəzasız qaldığı və Paşinyanın reytinqinin obyektiv şəkildə düşdüyü kontekstdə oxşar söz-söhbət getdikcə daha geniş yayılacaq.

O biri yandan, Nikol Paşinyan keçmiş məmurları siyasi, hüquqi qiymətləndirmə məsələsində özü özünü buxovlayıb. Paşinyan Serj Sərksiyanın qurduğu super baş nazir sistemində rəhbərlik etməyi ruh yüksəkliyi ilə sürdürürsə, onda üçüncü prezidentə siyasi qiymət vermək, ya da onu hüquqi təqibə məruz qoymaq tamamilə məntiqsizdir. Başqa sözlə, ölkədə institusional islahatlar yoxdursa, korrupsiya ilə mübarizənin effektivliyindən danışmaq yersizdir.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam