DÖRD KEÇMİŞ İMPERİYANIN YAXIN ŞƏRQƏ ÇÖKƏN KABUSU:bölgədə London-Ankara-Moskva-Tehran oxu formalaşacaqmı? – Təhlil
Stanislav Tarasov
regnum.ru, 29.07.2019
Yenixeber.org: Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Böyük Britaniyann yeni baş naziri Boris Consonu Twitter-də təbrik edərək bildirib ki, “Türkiyə və Birləşmiş Krallıq arasında münasibətlərin yaxşılaşmasına ümid edir”. Türkiyə mətbuatı qeyd edir ki, Ankara indiki halda sadəcə diplomatik-protokol nəzakətini gözləməyə hazır olduğunu sərgiləmir.Prezident bu qayda ilə Consona özəl münasibət göstərir, çünki o, Britaniya Xarici İşlər Nazirliyinin başçısı postunda Türkiyənin Qərbdəki başqa tərəfdaşlarından fərqli olaraq 2016-cı il dövlət çevrilişinə cəhd zamanı Ərdoğanı dəstəkləyərək vurğulayıb ki, “Böyük Britaniya Ankara ilə yanbayan duracaq”.
Fikrimizcə, buna Londonun, barəsində, demək olar, heç nə bilinməyən konkret səbəbləri var idi. İstənilən halda, Conson Türkiyə və liderləri haqda sərt bəyanatlarla da çıxış edib. Əvvəllər az-az adam güman edərdi ki, o, sonralar daha yumşaq mövqe tutar. Amma bir şey maraqlıdır. Conson – cürbəcür qanları – ingilis, amerikalı, türk, yəhudi, çərkəz və isveçrəli – olan adam hələ London merliyinə namizədliyini irəli sürdüyü zaman siyasi opponentləri tərəfindən hansısa başqası deyil, məhz “türk dosyesi” önə çıxarılıb. Britaniyanın “The Guardian” nəşri bununla bağlı, bütün əlamətlərə görə, Britaniya kəşfiyyatının arxiv materiallarından istifadə etməklə Consonun nəsil səcərəsinin özəl tərtibi ilə məşğul olub. Bu zaman aydınlaşıb ki, bu siyasətçi Osmanlı imperiyasının sonuncu baş vəziri Əhməd Okdayın hökumətində qısa müddətə daxili işlər naziri olmuş türk jurnalisti Əli Kamalın nəticəsidir. O bu vəzifədə Kamal Atatürkün həbsi haqda əmr imzalayıb. Sonralar Atatürk hakimiyyətə gələndən sonra edam olunub, daha doğrusu, İzmitdə onu, sadəcə, daş-qalaq ediblər. Boris Consonun babası Osman Əli bundan sonra Böyük Britaniyaya qaçıb, burada nənəsinin xahişi ilə xristianlığı və Uilfred Conson adını qəbul edib. Amma təkcə bu deyil. Bəlli olur ki, Türkiyədə bu gün də Consonun qohumları yaşayırlar: anasının dayısı – məşhur türk siyasətçisi, Türkiyənin Avropanın bir çox ölkələrində, o cümlədən Böyük Britaniyada səfiri olmuş Zəki Kuneralp. Anasının əmoğlusu Səlim Kuneralp – Türkiyədə ondan az məşhur olmayan siyasətçidir, bir sıra ölkələrdə səfir olub. Belə ki, türk siyasətçiləri və jurnalistlərinin niyə məhz bu dosyeye yüksək maraq göstərdikləri aydındır. Conson xarici işlər naziri rütbəsində Türkiyəyə səfər edərkən Türkiyənin AB-yə girmə üzrə naziri Ömər Çelik onu “böyük osmanlı” və hətta “bir çox türklər üçün qürur qaynağı”adlandırıb, Osmanlı imperiyası dağılanadək Consonun ulu babasının onu təmsil etdiyinə özəl işarə edib.
Amma yenə də Ankara tarixi rəmzlərlə oynamaqla “romantik keçmiş” prinsiplərini hər şeydən az rəhbər tutur. Conson hər şeydən qabaq ölkənin Avropa Birliyindən çıxmasının final məqamında Böyük Britaniyaya başçılıq edərək ölkənin xarici ticarət əlaqələrini “ağ vərəq”dən yoluna qoymağa məcbur olacaq, eyni zamanda AB ilə “yeni tərəfdaşlıq”quracaq. Brexit ticarət sazişi olmadan baş verərsə, Türkiyəyə ciddi iqtisadi ziyan vurar. Bu, birincisi. İkincisi. Conson ABŞ-ın onu “çox gözəl baş nazir” adlandıran prezidenti Donald Trampla yaxşı dialoq qurmağa macal tapıb. Britaniyalı Vaşinqton-Ankara dialoqunda və potensialca Vaşinqton və Tehran arasında vasitəçi kimi çıxış edə bilər. Belə ssenarilərin gerçəkləşdirilməsi Böyük Britaniyanın Yaxın Şərqə yeni qayıdışını, bu bölgədəki siyasətinin ətalət durumundan çıxdığını bildirəcək.
Hətta amerikalıların Yaxın Şərqdə zəifləyən nüfuzu fonunda Türkiyə-Britaniya adlı sistemin potensial təzahürü tam bir dövr boyunca ta I dünya savaşına qədər bölgə üzərində nəzarəti bölüşmüş və sonradan indiki dövlətlərin yetişdiyi dövlət qurumlarının əsasını qoymuş iki keçmiş imperiyanın – Osmanlı və Britaniya imperiyalarının kabusunu qaytarır. Üstəgəl – habelə keçmiş imperiya Rusiyanın gerçək hərbi, siyasi və iqtisadi iştirakı, həmçinin İran imperiyasının üfüqdə görünən kabusu. Obyektivlik xatirinə etiraf etməliyik ki, ABŞ Yaxın Şərqdə öz “ağır iz”ini buraxıb – yalnız ancaq II dünya savaşından sonra. Halbuki Osmanlı, Rusiya, İran və Britaniya imperiyaları bölgə tarixində nəsə bir özgə şey buraxıb, orada bu və ya başqa formada öz nüfuzunu tam şəkildə faktiki olaraq itirməyərək.
Buna görə də Türkiyə prezidentinin təmsilçisi İbrahim Kalın “Türkiyənin Qərbdən aralandığını hesab edənlər ölkəmizin çərçivəcə hərəkət etdiyi bölgəsəl dinamikanı və daha geniş geopolitik gerçəklikləri anlaya bilmirlər” deyərkən haqlıdır. Qeyd edək ki, Qərb ekspertləri tektonik xassəli dəyişikliklərin baş verdiyini qeydə alırlar. Deməli, Avstriya generalı Valter Fayhtinger Vyananın “Wiener Zeitung” nəşrindəki məqaləsində iddia edir ki,“Türkiyənin təhlükəsizlik siyasətindəki ümumi mənzərə nəsə təəccüblü bir şey deyil, ölkənin daxili və xarici siyasətindəki hadisələrin inkişafının sadə, məntiqi nəticəsidir”. Onun sözlərinə görə, “AB-yə girmək hədəfi getdikcə uzaqlaşdıqca Ankaranın Suriyada hərbi iştirakı onu Moskva və Tehrana yaxınlaşdırır”. Ankara indi Londonla da yaxınlaşmaq niyyəti sərgiləyir. Buna görə də əsas məsələ “yeni Qərb” adlananın yeni geopolitik obrazının formalaşdığını nəzərə almaqla xarici siyasət kursunun və təhlükəsizlik siyasətinin dəyişilməsində Ərdoğanın AB-yə basqı vasitəsi görüb-görməməyindən ibarətdir. Ya da o, “qırmızı cızığa” yaxınlaşıb. Axı, Amerika ordusu qərargah rəisinin keçmiş müavini və Trampın müşaviri general Cek Kinin sözlərinə görə, “Türkiyə və NATO ölkələri arasında belə bir gərginlik on illər boyu olmayıb”. Amma maraqlısı budur ki, Trampın özü bu əhvalata şəxsən qarışmağa tələsmir. Tabeliyindəkilərdən fərqli olaraq. Niyə? Ola bilsin, indi Boris Conson durumu bir təhər döndərmək və diqqəti uzunmüddətli perspektivə cəmləmək üçün oyuna girməli olacağına görə. Amma heç də fakt deyil ki, onun etdiyi hərəkətlər hökmən antirusiya yönlü olacaq, çünki onun qoyduğu məqsədlərə yalnız Ankara ilə ikitərəfli dialoq formatında nail olmaq mümkünsüzdür. O, bölgədə özünü müstəqil oyunçu kimi göstərir ki, bu da Rusiyanı tam qane edir. Bu, bir-birinə qarşı bəzi iddiaları olduğuna baxmayaraq, üç ölkənin geopolitik məkanda manevrləri üçün əvvəllər görünməmiş imkanlar açır.Tərcümə: Strateq.az