Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Türkiyə S-400-dən bu halda geri çəkilə bilər –Şərh

 

Terrorbaşı Güləni Ağ Ev Ankaraya təhvil versə, Türkiyə-ABŞ münasibətləri müsbətə doğru 180 dərəcə dəyişə bilər.

Yenixeber.org: Bu sözləri politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, ABŞ Prezidenti Donald Trampın Federal Təhqiqat Bürosuna (FBİ) terrorbaşı Fətullah Gülənin Türkiyəyə təhvil verilməsinin qanuni yollarının tapılması üçün göstəriş verməsi haqqında NBC telekanalı tərəfindən adı çəkilməyən mənbəyə istinad edilərək yayılan xəbəri Ədliyyə Nazirliyi və Tramp təkzib etdi:

“Amma istənilən halda artıq bu cür informasiyaların yayılması o deməkdir ki, ABŞ FETÖ məsələsində geri çəkilməyə başlayıb. FETÖ-nu quran elə ABŞ olub. ABŞ illərdir ki, Türkiyə və Yaxın Şərqdə PKK, FETÖ tipli terror qruplaşmalarını öz mənafeləri naminə istifadə edib. Sadəcə indi qarşılarında müsbət baxımdan daha fərqli Türkiyə durduğu üçün ABŞ artıq bu faktoru nəzərə almağa məcburdur”.

Politoloq qeyd edib ki, ABŞ və Türkiyə arasında münasibətlərin müsbətə doğru dəyişməsi üçün həm də PKK-YPG-PYD problemi həll edilməlidir:

“PKK və FETÖ məsələləri Türkiyənin xeyrinə həll edilsə, Türkiyə ABŞ-ın çox yaxın tərəfdaşına çevrilə bilər. Türkiyə Daxili İşlər naziri Süleyman Soylu PKK və FETÖ terror təşkilatı ilə bağlı açıqlamalarında müəyyən faktlara diqqət çəkib. Son 30 ildə PKK-ya ən az sayda qoşulanlar 2018-ci ildə qeydə alınıb. Cəmi 90 nəfər. 2015 ildə isə bu say 3000-i keçmişdi. FETÖ ilə bağlı 200.000-dən çox adam sorğuya çəkilib. Əksər terror hadisələrinin qarşısı alınıb”.

Politoloq vurğulayıb ki, Türkiyənin terrorla mübarizədə uğurları göz önündədir:

“Görünür, bunu Vaşinqtonda da görməyə başlayıblar. Ona görə də bu məsələlərlə bağlı güzəştə getməyə qərar verilə bilər və yaxud bu haqda artıq düşünməyə başlayıblar. Ümid edirik ki, yaxın zamanlarda PKK və FETÖ məsələsində Vaşinqton Ankaranın istədiklərini verəcək. PKK və FETÖ məsələsində ABŞ Türkiyənin istədiklərini etsə, təbii ki Türkiyə də ABŞ-ın istəklərini nəzərə alacaq”.

Politoloq Türkiyənin ABŞ-ın İrana qarşı koalisiyasında yer alıb-almayacağı ilə bağlı məsələyə də münasibət bildirib:

“Bu, təkcə Türkiyə məsələsi deyil. İrana qarşı ABŞ sanksiyalarına Böyük Britaniya, Avropa Birliyi də qoşulmayacaqlarını bildirib. NATO-nun özündə İrana sanksiyalar mövzusunda ciddi fikir ayrılığı var. Lakin ABŞ FETÖ və PKK məsələlərində Türkiyənin istəklərini yerinə yetirsə, hesab edirəm ki, İran, S-400 və digər məsələlərdə Türkiyə də ABŞ-la müzakirələrə başlaya bilər”.(axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam