Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

NATO Türkiyəni işğal edəcək?-Ekspertdən ŞOK açıqlama

Türkiyəyə qarşı DƏHŞƏTLİ PLAN: güclü zəlzələ, dərhal ABŞ-ın hücumu və 96 saata işğal

 

“Türkiyə S-400-ləri NATO-nun işğal hazırlığına qarşı alıb”.

Yenixeber.org: Bu barədə türkiyəli siyasətçi Lütfü Özşahin deyib.

L.Özşahin qeyd edir ki, Rusiya Türkiyəni işğal edəcəksə, S-400-ləri niyə versin?

“Türkiyəni havadan işğal edə biləcək yeganə güc ABŞ-dır. NATO-nun Türkiyəni işğal etmə planı var. Bunu havadan həyata keçirəcəklər. Hətta bunun təlimini də keçirtdilər. NATO Türkiyəni qorumaq yox, idarə etmək və lazım olanda çevriliş etmək üçün var. Türkiyədəki bütün hərbi çevrilişlərin arxasında NATO var. Bu çevrilişləri NATO-nun Gladiosu həyata keçirib. Hətta FETÖ onların bir hissəsidir”, - deyə o bildirib.

Qeyd edək ki, 2002-ci ilin 24 iyulunda ABŞ-ın Nevada ştatında “Millennium Challange – 2002” adlı hərbi təlim keçirildi. Təlimə 13 min 500 əsgər qatılmışdı, lakin NATO üzvü olan Türkiyə orada yox idi.

“Balyoz” işində FETÖ-nün həbs etdirdiyi polkovnik Mustafa Önsel “Oda Tv”-də yayımlanan məqaləsində yazırdı ki, təlimin ssenarisində hədəf iki qitəni birləşdirən ölkədir.

“Bu ölkə bir çox dəniz yollarına nəzarət edir, Aralıq dənizində bir ada ölkəsi ilə problemləri var. Bununla yanaşı, hədəfdəki ölkədə etnik azlıqlar da yaşayır. Ssenari hədəfdəki ölkədə dağıdıcı zəlzələdən sonra tətbiq edilməyə başlanır. Zəlzələ ilə yanaşı, beynəlxalq bir məhkəmə həmin ölkənin sərhədlərinin pozulması ilə nəticələnən qərar qəbul edir. Beynəlxalq güclər ölkəyə həll yolu təklif edirlər. Çətin vəziyyətdə olan ölkə rəhbərliyi bu təklifi qəbul etmək məcburiyyətində qalır. Bundan sonra hərbiçilər ölkənin idarəçiliyini ələ keçirir və hərbi xunta yaradılır. Sonra hərbi xunta ada dövlətini mühasirəyə alırlar, ABŞ isə 96 saat içində hədəfdəki ölkəyə müdaxilə edir, yəni işğal edir”, - türkiyəli polkovnik ssenarini belə açıqlamışdı və bu ssenarinin hədəfindəki ölkənin məhz Türkiyə olduğu hesab olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam