Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tramp Türkiyəyə səfər edəcək

 

Tramp Türkiyəyə səfər edəcək
ABŞ prezidenti Donald Tramp Türkiyəyə səfər etmək niyyətindədir.
Yenixeber.org: Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Tramp son telefon söhbətində İdlibdə atəşkəsin qorunub saxlanmasının vacibliyini vurğulayıblar və birgə patrulun tez bir zamanda başladılmasına dair razılaşıblar. Söhbət zamanı Tramp, həmçinin,Türkiyəyə səfər etmək istədiyini Ərdoğanın diqqətinə çatdırıb.

Donald Tramp bir neçə dəfə Türkiyəyə səfər etmək istədiyini və gələcəyini bildirib. Amma səfərin tarixi üzərində birlikdə çalışmaq qərarı verdik. Bununla bağlı ABŞprezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltona səfərin tarixini müəyyənləşdirmək tapşırılıb. Rəcəb Tayyib Ərdoğan da ABŞ-a səfər edə bilər. İki ölkə arasındakı mövcud anlaşılmazlıqların aradan qaldırılması və müsbət atmosferin yaradılması baxımından bu cür ziyarətlərin önəmli olduğunu düşünürük”, - deyə Çavuşoğlu vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam