Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ABŞ-ın İrəvana dəstəyinin 2 şərti var: biri Qarabağ

Ekspert: “Paşinyanın Ağ Evə dəvət edilməməsi Ermənistan hakimiyyətini ciddi narahat edir”

Yenixeber.org:  Ermənistandan birdən-birə üç rəsmi nümayəndə heyəti - baş nazirin müavini Tiqran Avinyan, xarici işlər naziri Zöhrab Mnatsakanyan və parlamentin spikeri Ararat Mirzoyan eyni vaxtda, lakin ayrı-ayrılıqda ABŞ-da səfərdə oldular. Bildirilir ki, Rusiyadan Nikol Paşinyan hökumətinə təzyiq amili, Moskvadan xoflanmaq da İrəvanın üç nümayəndə heyətini eyni vaxtda ABŞ-a göndərməyə məcbur edib.

Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Ermənistan baş naziri Nikol Paşinyanın hazırda apardığı siyasət  nə Qərb tərəfindən nə də Rusiya tərəfindən birmənalı qarşılanmır: “Çünki eyni vaxtda iki stulda oturmaq, balans siyasəti qurmaq planı fiaskoya uğrayıb. Ona görə ki, bu ölkə müstəqil  siyasətə və manevr edəcək iqtisadi gücə malik deyil. Paşinyan Qərbin verdiyi xüsusi ilə Vaşinqtonun siyasi dəstəyi ilə inqilabla hakimiyyətə gəlsə də indi ona həmin siyasi dəstək verilmir. Buna səbəb Paşinyanın Rusiya ilə strateji əlaqələri qoruyub saxlayacağı və Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda Moskva ilə koordinasiyalı şəkildə çalışması oldu. Paşinyanın bu siyasətinə baxmayaraq, Moskva ona etibar etmir, hərbi dəstək istisna olmaqla heç bir iqtisadi və siyasi dəstək vermir. Kreml yalnız öz geosiyasi maraqları kontekstində Ermənistana hərbi yardım edir. Paşinyana qarşı olan Qarabağ klanına isə Moskvadan dəstək var. Hesab edirəm ki, Paşinyanın Rusiyaya reveransları müsbət nəticə vermədi, Kreml onu qəbul etməməkdə israrlıdır. Paşinyan inqilabla hakimiyyətə gəldiyi və komandasında Qərbə bağlı adamlar çoxluq təşkil etdiyi üçün Kremlin maraqlarına cavab vermir. Ümumiyyətlə, Paşinyan artıq Kremli özünün hakimiyyəti üçün təhlükə görür. Ona görə də özünə siyasi dəstək almaq və hakimiyyətini qorumaq üçün ABŞ-a üz tutub. Komandasının üzvlərini Vaşinqtona dəstə ilə göndərir və az qalırlar Vaşinqtona yalvarsınlar. Şübhəsiz ki, ermənilər ABŞ rəsmiləri ilə görüşlərdə Rusiya təhlükəsi ilə üz-üzə qaldıqlarını, hakimiyyətlərini gücləndirmək üçün Vaşinqtondan dəstək umduqlarını dilə gətiriblər”.

ABÅ-ın Ä°rÉvana dÉstÉyi ile ilgili görsel sonucu

Ekspertin sözlərinə görə, parlamentin spikeri, xarici işlər naziri və baş nazirin müavinin səfərləri Nkil Paşinyanın əsas ümid etdiyi səfərlərdi: “Paşinyan bu cür səfərlər həyata keçirilməsi ilə Moskvadan olacaq təzyiqlər qarşısında hakimiyyətinin immunitetini gücləndirməyə çalışır. Hazırda Kreml ciddi şəkildə Paşinynanın devrilməsi üçün zəmin yaranmasını gözləyir. Bunu erməni baş nazir bilir. Vaşinqtonda bu kimi məsələlərin də müzakirəsi şübhəsizdir. Amma Vaşinqtonun da şərtləri var. Bu şərtlər İranla sərhədi bağlamaq və Qarabağ münaqişəsinin nizamlanmasında Vaşinqtonun təlimatlarını-Boltonun planını yerinə yetirmək. Təbii ki, Paşinyan ABŞ-ın geosiyasi maraqlarını nəzərə almasa ona dəstək verilməyəcək. Necə ki, bir ildən artıqdır verilməyib, bundan sonra da elə olacaq. Artıq Vaşinqtonda Paşinyan iqtidarını Serj Sərkisyan hakimiyyəti ilə eyni görürlər. Ona görə də ABŞ İrəvandan əlini üzüb. Ermənistanın yalvarışları müsbət nəticə verməyəcək. Rusiya yenə də Ermənistan üzərində təsirini qoruyub saxlamaqla daha da Paşinyana təzyiqi artıracaq”.

MÉhÉmmÉd ÆsÉdullazadÉ ile ilgili görsel sonucu

Politoloq qeyd etdi ki, Paşinyan bir müddət demokratik imicinin hesabına ABŞ və Avropadan şərtsiz maliyyə yardımları və siyasi dəstək almasına şərait yaradacağını düşünürdü. Amma gözlənilənin tam əksi oldu: “ABŞ və Brüssel Paşinyanı tam bir siyasi kurs həyata keçirərək qonşularla normal münasibətlər qurmağa çağırdı. ABŞ-ın Ermənistanla bağlı siyasəti inqilabdan bir ildən artıq vaxt keçməsinə baxmayaraq birmənalı olaraq qalıb. ABŞ-dan vəd olunan işğalçıya maliyyə yardımı və siyasi dəstək verilmir. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona səfəri çərçivəsində İrəvanda Paşinyan iqtidarına ünvanladığı mesaj hələ də aktuallığını saxlayır. Ancaq Vaşinqtonun İrəvandan gözlədiyi siyasət reallaşmır. Bir tərəfdən Paşinyana qarşı daxili siyasi sabitliyin kövrək olaraq qalması, iqtisadi sferada geriləmə, mümkün xarici yardımların alınmaması və ABŞ-ın Paşinyanı Ağ Evə dəvət etməməsi Ermənistan hakimiyyətini ciddi narahatlıq edir. Proseslər bu istiqamətdə davam edərsə, Paşinyanın siyasi dayaqaları zəifləyəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam