Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Zakir Həsənov komandir, rəis və zabitləri topladı -İclac

 

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərin yekunlarına dair Müdafiə Nazirliyinin səyyar kollegiya iclası keçirilib.

Yenixeber.org: MN-dən verilən məlumata görə, nazirliyin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, o cümlədən məsul zabitlərin iştirak etdiyi iclasda Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Azərbaycan Ordusunun 2019-cu tədris ilinə vəzifələrinin dəqiqləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib.

Təlimlərin nəticələrini təhlil edən Müdafiə naziri bildirib ki, qarşıya qoyulan vəzifələr tam həcmdə icra olunub və plana uyğun olaraq qoşunlar irimiqyaslı döyüş əməliyyatlarını uğurla yerinə yetiriblər.

Müdafiə naziri qeyd edib ki, təlimlər zamanı idarəetmə orqanları və qoşunların əməliyyat hazırlığı daha da təkmilləşdirilərək yeni səviyyəyə yüksəldilib, qərargahlar qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

Nazir komandanlığın təlimə cəlb edilən qoşunları idarəetmə bacarığını və hərbi qulluqçuların döyüş əzmini yüksək qiymətləndirib.

General-polkovnik Z.Həsənov keçirilən təlimin əhəmiyyətini vurğulayaraq, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları bir daha kollegiya iştirakçılarının diqqətinə çatdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam