Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

SOYLUDAN ABŞ-a KƏSKİN MESAJLAR:"İllərlə qazandıqlarımızı bir gecədə almaq istəyirlər, biz də vermirik"

İstanbulda bir dərnək tərəfindən təşkil edilən toplantıya qatılan Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu maraqlı açıqlamalar verib.

Yenixeber.org: Türkiyə mətbuatı xəbər verir ki, o, Rusiyadan alınacaq S-400 raketləri ilə bağlı yaranmış mübahisə ilə bağlı suallara cavab verərkən, ABŞ-ın ünvanına sensasion ittihamlar səsləndirib.

Soylu deyib ki,  həmin silahlar mütləq alınmalıdır. Çünki sabah Türkiyənin hansısa nöqtəsinə uzaqmənzilli raketlə hücum edə bilərlər:

“İndi mən soruşuram: almayaqmı S-400-ləri? Bəs hanı müstəqillik, hanı azadlıq?

Bu gün imkanımız oldu, bu gün ala bilirik. Dünən imkanımız yoxdu. Sadəcə, pul imkanı deyil, özgüvənimiz və gücümüz yox idi, ancaq bu gün tam anlamı ilə var. Allah eləməsin, Türkiyənin hər hansı bir nöqtəsinə uzaqmənzilli raketlə hücum edə, vura bilərlər. Ona “eyvah” naləmiz pulla ölçülməz, fayda verməz”.

Çıxışını davam etdirən Süleyman Soylu daha sonra ABŞ-ın bir müddət əvvəl ona və digər nazirə sanksiya tətbiq etməsinə də toxunub: “Amerika mənimlə ədliyyə naziri Abdulhamid bəyi təcavüzçülərin, terrorçuların siyahısına daxil etdi. Dərdləri sadəcə biz, iki adam idi yəni? Bunu biz 15 iyul çevrilişə cəhd günün sabahı “Bu çevriliş cəhdinin arxasında Amerika vardır” dediyimiz üçün etdilər?

Xeyr. Dərdləri Türkiyədir. Demək istəyirlər ki, “Patron mənəm, sənə istədiyimi edərəm”. ABŞ-ın dediyi budur. O zaman təslim olaq, mücadilə etməyək. Bu gün biz təslim olma vaxtini geçdik, bu gün bizim dirənmə, durma vaxtımızdır. Bir maliyyə cədvəli ilə yıxılan, devrilən Türkiyədə bizi bir gecədə 100 faiz kasıblaşdırdılar. İndi də onu istəyirlər bizdən. Biz isə dirənirik. İllərdir qazandıqlarımızı bir gecədə almaq istəyirlər. Biz də vermək istəmirik. Bütün mücadilə budur, bütün qovğa budur”.(strateq)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam