"İran ermənilərin qarşıdakı xəyanətinin hesabını indi deyil - daha sonra soracaq..."
"Qarabağı azad etmək üçün zərərsizləşdiriləcək ölkələrdən birinin də İran olduğunu unutmamalıyıq"
Yenixeber.org: Qeyd edir ki, bu gün dünya mediasının əsas gündəm mövzularından biri də təbii ki, ABŞ-İran gərginliyinin hər ötən gün daha da dərinləşməsi və onsuz da qan çanağını xatırladan Yaxın Şərqdə sonu görünməyən dəhşətli müharibənin başlaya biləcəyi əndişəsidir.
Mövzunu davam etdirərək siyasi analitik, Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim, professor Qafar Çaxmaqlıya erməni adlı bəşəri bəlanı hamımızdan yaxşı tanıdığını nəzərə alaraq aşağıdakı sualla müraciət etməklə ilginc cavab almışıq:
Erməni barmağı dünyanın bütün nüfuzlu paytaxtlarında lazım olanda istədiyini edə bilir. Mümkündürmü Vaşinqton-Tehran gərginliyini də bu tülküdən bic millətin çeşidli lobbiçiləri yumşaldaraq Fars rejiminin sanballı "malades"ini almağa müvəffəq olsunlar? Erməni barmağı belə bir savaş ehtimalını səngitməyə yetərmi?
"Azərbaycanda belə bir məsəl var. "Çox bilən quş dimdiyindən tələyə düşər." Ermənilərin hesabladıqları bəzən reallıq kimi görünsə də olayların və tarixi gərdişlərin hökmü başqa bir düşüncəyə yol açır. Rəqib üçün isə münasib məqam yetişdirir. Çıxmaza sürüklənmiş Qarabağ məsələsinin həllini bəlkə bölgədə yaşanacaq fövqəladə olaylar müəyyənləşdirəcək və bəlkə belə bir məqamı yetişdirəcək. Fakt budur ki, son onilliklərdə ermənilər İranla bağlı çoxgedişli bir oyun oynadılar. Özlərinin xeyrinə çox şeylərə nail oldular. Müsəlman bir dövlət təcavüzkar xristian dövlətinə yardımlar etdi və bizim durumumuz daha da çətinləşdi. İran ermənilərə açıq dəstək versə də bu günlər yaşananlar göstərir ki, İran -Ermənistan birgəliyinin dayanaqları çürük imiş və hər an İranın özü də erməni xəyanəti ilə üzləşə bilər. İndi İranla bağlı Amerikanın siyasəti ciddiləşincə onlar tərəf dəyişdirmə siyasətini yürütmək qərarlna gəliblər. Hətta bəzi erməni liderlər öz torpaqlarından Amerika ordusuna keçid verməyi təklif edirlər. İndi uca səslə söyləyirlər ki, "sən demə İran Ermənistana zərbə vuran ölkəymiş və məhz İran bir çox layihələri qəsdən həyata keçirməyi gecikdirmişdir. Ermənistan İranın üzündən geridə qalmışdır". Bu Artak Şakaryanın fikridir.. Bu günlər Erməni mətbuatı belə fikirləri tirajlarkən Amerikanın İranla bağlı atacağı addımların ciddi olduğuna işarə edir. Bəs Amerikada ermənilərin belə dönük siyasətinə necə baxırlar. Amerika ermənilərin hər zaman alət rolu oynadıqlarını bilir. Zənnimcə bu duruma uyğun da addımlar atacaq. Amma bununla belə onlardan istifadə etməyə çalışacaqlar. Situsiyaya uyğun olaraq ermənilərin özləri də İran siyasətini dizayn edib fars rejiminə də qarmaq atacaqları mümkündür. Amma İran ermənilərin qarşıdakı xəyanətin hesabını indi deyil, daha sonra soracaq. Ermənlərin ikili oyunu üzə çıxınca o daha da nüfuzdan düşəcək. Biz bütün bu gedişatı izləməli, mümkün ssenariyə uyğun Ermənistana zərbə vurmaq məqamını gözləməliyik. Problemimizi həll etmək üçün məqam yetişə bilər. Qarabağı azad etmək üçün zərərsizləşdiriləcək ölkələrdən birinin də İran olduğunu unutmamalıyıq". (Moderator.az)