Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

İran millisində neçə azərbaycanlı var? –Şok rəqəm

 

İran millisi Rusiyada keçirilən Dünya Çempionatında Mərakeş yığması üzərində qazandığı qələbədən (1:0) sonra diqqətləri üzərinə çəkib

Yenixeber.org:  İran yığmasında diqqət çəkən məqamlardan biri də komandada azərbaycanlı futbolçu sayının az olmasıdır. Qəribədir ki, 2006-cı il Dünya Çempionatına qatılan millinin əksər oyunçuları azərbaycanlılardan ibarət olsa da, 2014-cü ildəki turnirdə Azərbaycan əsilli oyunçuların sayı yarıya qədər azalıb. Hazırda isə komandada yalnız bir azərbaycanlı var. Bu, komandanın əsas qol silahı, Yunanıstanın “Olimpiakos” klubunun şərəfini qoruyan hücumçu Kərim Ənsarifərddir.
Son illərdə İran yığmasında azərbaycanlı futbolçuların sayının kəskin azalması birmənalı qarşılanmır. Məsələ ilə bağlı danışan Güney məsələləri üzrə ekspert Əlirza Zamani bildirib ki, Güney Azərbaycanda futbolun inkişafına böyük əngəllər törədilir:
“Ona görə ki, Güneydə futbol həm də milli məsələ halını alıb. Təbrizin “Traktor” klubunun timsalında futbol siyasi mübarizəyə çevrilib. İran rejiminin təzyiqlərinə, məhdudlaşdırma siyasətinə məruz qalan azərbaycanlılar məhz “Traktor” ətrafında milli mübarizə havası yaradıblar. Buna görə də İran Güney klublarına müəyyən sanksiyalar tətbiq edir. Əvvəllər “Traktor” klubu xeyli ulduz futbolçu yetişdirirdi, son vaxtlar bunun sayının azalması, hətta yox dərəcəsinə düşməsi birbaşa İran hökumətinin Güney Azərbaycanda yürütdüyü siyasətin bir parçasıdır”.
Sözsüz ki, rəsmi Tehranın bu siyasəti dolayısı ilə İran futbolunun inkişafına əngəl törədir. Belə ki, Güney Azərbaycan daim İran futboluna güclü futbolçular qazandırıb. Təkcə İran futbol tarixinin ən çox qol vuran futbolçusunun əslən azərbaycanlı Əli Dayi olması buna əyani sübutdur. O, İran yığma komandasında çıxış etdiyi 149 oyunda 109 qol vurub.
Qeyd edək ki, hazırkı İran yığmasındakı futbolçuların əksəriyyəti Tehran klublarında və Avropa komandalarında oynayan fars əsilli oyunçulardır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam