Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Azərbaycanlı alimin kitabı Türkiyədə nəşr edilib

 

Qafar Çaxmaqlı: ”Bu kitaba Azərbaycanda da böyük ehtiyac var”


"xeberinfo.com":Türkiyənin Kayseri şəhərindəki Ərciyəs universiteti azərbaycanlı müəllim, dosent Qafar Mehdiyevin (Qafar Çaxmaqlı) “Ermenice dersler (kendi-kendine ermenice öğrenenler için)" kitabını çapdan çıxarıb. 330 səhifəli kitabının nəşri ilə bağlı açıqlama verən Qafar Mehdiyev, əsərinin erməni dilini öyrənmək istəyənlər üçün Türkiyədə ilk metodik xarakterli dərslik olduğunu deyib. Kayseridəki Ərciyəs universitetində Türkiyənin ilk ermənişünaslıq kafedrasını yaradan dosent Qafar Mehdiyev (Çaxmaqlı) sözlərinə bu şəkildə davam edib: ”Türkiyəyə qarşı “soyqırım” böhtanlarının gündəmi daha çox məşğul etdiyi bu günlərdə ölkədə ermənicə bilən və mənbələri orijinaldan araşdıracaq olan türk mütəxəssislərə böyük ehtiyac yaranıb. Bu kitab təkcə ali məktəblərdə deyil, erməni dilini sərbəst şəkildə öyrənmək istəyənlər üçün də önəmli bir vəsait olacaq”.

    Alim bu səpkili dərsliyə Azərbaycanda da ehtiyac olduğunu bildirib: “Çünki istər Türkiyəyə, istərsə də Azərbaycana qarşı atılan böhtanlara obyektiv şəkildə cavab verə bilmək üçün erməni dilini yaxşı öyrənməyimiz və mənbələri orijinaldan oxuya bilməyimiz lazımdır.

   Qafar Mehdiyev bildirib ki, Ərciyəs universitetində ermənişünaslıq kafedrasını yaradılandan sonra Türkiyənin digər elmi qurumları, araşdırma mərkəzləri, QHT-ləri, dövlətin müvafiq qurumları bu işə ciddi maraq göstərirlər. Q.Mehdiyev yaxın gələcəkdə ermənicə-Türkcə və Türkcə-ermənicə hazırladığı lüğətləri çapa verəcəyini qeyd edib. Bundan əlavə Türkiyənin və Azərbaycanın “erməni problemi” ilə bağlı geniş miqyaslı araşdırmalarını da çapa hazırladığını bildirib. O, həmçinin, 2013-cü ildə türkcə çapdan çıxmış “Ermeni düşüncə sistemi və terör” adlı kitabının dünya miqyasında böyük maraq doğurduğunu bildirərək, hazırda kitabın bir neçə dilə tərcümə olunduğunu qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam