Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

DAVUDOĞLUNDAN SƏRT MESAJ –“Kimin mirasa xəyanət etdiyi…”

davudoglu-gul-abdulhemit

Yeni partiya qurmaq istiqamətində planlı fəaliyyət göstərən Türkiyənin sabiq Baş naziri Əhməd Davudoğlu “TRT 1”-də yayımlanan “Paytaxt Abdulhəmid” serialındakı bir epizodda ona və sabiq prezident Abdullah Gülə mesaj verilməsi barədə iddialara cavab verib.

Yenixeber.org: Türkiyə mətbuatı xəbər verir ki, o, serialda ona və sabiq prezident Abdullah Gülə yönələn mesajdan təsirlənmədiyini deyib:

“Məni, əslində, çox narahat etmədi. Amma dünən və bu gün bir şox həmyerlimdən, dostumdan aldığım mesajlar gərəyi ilə bir məsələyə aydınlıq gətirmək istəyirəm.

Bu günlərdə həmin serialla bağlı bir epizod daha çox müzakirə edilir. Həmin epizodda üstüörtülü keçmişdə xain çevrələrin etdiyi əməllərə mesaj verildiyi iddia olunur. Sultan Abdulhəmidin dilindən sabiq millət vəkillərinə, sabiq dövlət vəzifəlilərinə yönəlik mümkün olmayacaq sözlərlə günlük siyasətə bir ismarıc göndərilir.

Mən belə şeyləri heç bir zaman ciddiyə almadım. Bu şəkildə mesajların da dövlət və cəmiyyət əxlaqı baxımından doğru olmadığına inanıram. Ancaq mənə o qədər çox mesaj gəldi ki…

Kədərini ifadə edən, hətta bir dostumzun telefonda “Necə olur sizlərə belə mesaj verilir?”, – deyə ağladığına şahid oldum. 

Odur ki, deyirəm: əgər Sultan Abdülhəmidin mirasına sahib çıxacaq birisi varsa, ən çox biz sahib çıxarıq. Gün gələr, kimin mirasa daha çox sahib çıxdığı da, xəyanət etdiyi də açıq görünər”.

Xatırladaq ki, serialda Sultan Abdulhəmdin dili ilə “Gül ağacına su verərik, lakin su həm gülə yarar, həm də tikana. Yanımızda-yörəmizdə su verdiklərimiz tikan olmaya meylənmişsə, sonunda mütləq budayarıq”, –  ifadələri səslənib.

Türkiyə siyasiləri isə bu ifadəni məhz AKP-nin qurucularından olan, lakin son illər bu partiyadan kənarlaşmış sabiq prezident Abdullah Güllə baş nazir Davudoğluna göndərilmiş bir mesaj olaraq yozurlar.(strateq)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam