Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABDULLAH GÜLÜ ÖLDÜRMƏK İSTƏYİBLƏR? –Xanımının sözlərinin yer aldığı sensasion yazı naməlum səbəbdən silindi

Türkiyənin “Milliyet” qəzetində dünən dərc olunan Talat Atillanın “Gülün xidməti maşınında zəhərli qaz şübhəsi” başlıqlı yazısı bu gün qəzetin saytından silinib.

 Yenixeber.org: Həmin yazıda keçmiş prezident Abdullah Gülün xanımı Hayrünnisa Gülə istinadən sensasion iddia irəli sürülmüşdü.

Bildirilirdi ki, sabiq prezidentə dövlət tərəfindən ayrılmış xidməti maşında narahatedici qoxular gəlib və bu səbəbdən Gülün xanımı sürücüyə belə təlimat verib:“Abdullah  bəy maşından hər düşdükdən sonra sərxoş kimi olur. Maşın hərəkətdə olarkən sanki içəriyə zəhərli qaz verilir. Həyat yoldaşımı öldürmək istəyənlər ola bilər. Abdullah bəy belə şeyləri diqqətə almaz. Buna görə ona söyləmədən maşına yaxşı baxdırın”.

Bu yazının hansı səbəbdən, yaxud kimin tələbi ilə saytdan qaldırıldığı haqda isə heç bir məlumat verilmir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam