Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

İnam Kərimov: “Əli İnsanovun yerinə başqası olsaydı...”

 Kənd təsərrüfatı naziri İnam Kərimov

 

"Ümumiyyətlə hesab etmirəm ki, qeyd etdiyiniz şəxs sual mövzusu olmağa layiqdir. Amma indi ki sualı vermisiniz, mən də istərdim ki, bu suala bir kənd təsərrüfatı naziri kimi deyil, sadə bir Azərbaycan vətəndaşı kimi cavab verim".

Yenixeber.org: Bunu Kənd təsərrüfatı naziri İnam Kərimov sabiq səhiyyə naziri Əli İnsanovla bağlı sualı cavablandırarkən deyib.

"Bilirsiniz ki, Əli İnsanov vaxtilə Heydər Əliyevin ən yaxın tərəfdaşlarından olub, onun xidmətində olub. Biz bilirik ki, Heydər Əliyev böyük insan olub, bütün səhvləri bağışlayıb, yalnız bir səhvi bağışlamayıb. Bağışlamadığı yeganə şey xəyanət olub. Əli İnsanov Heydər Əliyevə xəyanət edib. Heydər Əliyevin ruhuna xəyanət edib. Ona görə hesab edirəm ki, cənab Prezident çox böyük, müdrik bir addım atıb və Əli İnsanovu öz-özü ilə mübarizəyə buraxıb. İndi biz iki Əli İnsanov görürük. Heydər Əliyevçi Əli İnsanov və xəyanətkar Əli İnsanov. Düşünürəm ki, Əli İnsanovun yerinə başqa bir insan olsaydı, boğazındakı kəfəni çatı edib, özünü asardı. Amma o bu günə kimi onu etməyib. Hesab edirəm ki, Əli İnsanov artıq özünü ifşa etmiş insandır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam