Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“ƏLİ İNSANOVLA HEÇ VAXT DÜŞMƏN OLMARAM” –Sabiq nazir Prezidentin ətrafına “od püskürdü”! (ŞOK)

“Əli İnsanovu bu yolu tutmağa bu gün Prezident İlham Əliyevin ətrafında olan bəzi sifətsiz nadanlar sövq ediblər”

eli nagiyev

Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri və partiya sədrinin keçmiş müavini, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev sözün əsl mənasında sensasiyalı açıqlamalar verib – Əli İnsanovu üstüörtülü müdafiə edib, Prezidentin ətrafına “kaftar sürüsü” deyib, YAP-ın 700 min üzvü haqda danışarkən isə… daha da irəli gedib!

Yenixeber.org: Sabiq nazirin Demokrat.az saytına qısa, ancaq qılıncdan kəskin fikirlərlə dolu müsahibəsini təqdim edirik:

- Əli müəllim, sabiq səhiyyə naziri Əli İnsanov azadlığa çıxdıqdan sonra hakimiyyətə qarşı sərt çıxışları ilə yadda qalır. Onun bu çıxışları barədə nə deyə bilərsiniz?

– Biz Əli İnsanovla çətin günlərin dostu olmuşuq. Bizim şəxsiyyət olaraq hər zaman bir-birimizə qarşı sağlam və xeyrxah münasibətimiz olub.

Vaxtilə Yeni Azərbaycan Partiyası yaradılanda hamı aradan qaçırdı, əksəriyyəti Heydər Əliyevin adını çəkməkdən belə qorxurdu. Amma tibb elmləri doktoru, professor olan Əli İnsanov Heydər Əliyevi açıq dəstəklədiyinə görə 1992-ci ildə direktor işlədiyi Azərbaycan Elmi-Tədqiqat Vərəm İnstitutunun qazanxanası Xalq Cəbhəsi hakimiyyəti tərəfindən partladılmışdı. Buna görə İnstitut bir neçə gün soyuqda qaldı. Ancaq Əli İnsanov bu çətin günlərdə Heydər Əliyevi müdafiə etməkdən geri çəkilmədi.

Yaxşı yadımdadır, Heydər Əliyevin çətin vaxtlarında Əli İnsanovun hökumət binasında üç otaqlı evi var idi. Əli İnsanov bəyan etdi ki, mən o evi Heydər Əliyevə verirəm, o, Naxçıvandan Bakıya qayıtsın. Mən Əli İnsanovla bu cür çətin günlərin dostu olmuşam. İndi mən o çətin günlərin dostluğuna arxa çevirə bilmərəm. Xüsusilə də mən heç vaxt Əli İnsanovla düşmən olmamışam və heç zaman düşmən olmaram!

Bundan əlavə, Əli İnsanov və Əli Nağıyev bir şəxsiyyət kimi dəfələrlə bir-birimizə qarşı xeyirxahlıq etmişik. Mən bunları dana bilmərəm. Ümumiyyətlə, Əli Nağıyev olaraq, dönüklüyü və haqqı danmağı insanlıq üçün ən böyük rəzalət və alçaqlıq hesab edirəm.

EliNagiyev

- Sizin ötən dəfə Əli İnsanovla bağlı Demokrat.az-a verdiyiniz müsahibəniz birmənalı qarşılanmadı. Bəzi siyasətçilər sizinlə Əli İnsanovun arasında keçmişdən qalan ədavətin olduğunu söylədilər. Belə hal olubmu?

– Mən ötən dəfə Əli İnsanovla bağlı sizə müsahibəmdə də demişdim ki, 15 il əvvəl münasibətimi bildirmişəm. Yəni, 15 il əvvəl bildirdim ki, məndən xəyanətkar olmaz, mən Heydər Əliyevə xəyanət edə bilmərəm. Ancaq Əli İnsanovu bu yolu tutmağa bu gün Prezident İlham Əliyevin ətrafında olan bəzi sifətsiz nadanlar sövq ediblər. Mərdi qova-qova namərd edərlər. Necə ki, Əli İnsanovu belə etdilər. Həmin sifətsizlər bu gün də Prezident İlham Əliyevin ətrafına yığılaraq, kaftar sürüsü kimi sökürlər, oliqarx olublar.

- Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunan bir sıra şəxslər Əli İnsanovu Heydər Əliyevə xəyanət etməkdə və onun məzarını ziyarət etməməkdə günahlandırırlar. Bu barədə sizin düşüncələriniz nədən ibarətdir?

– Sən deyirsən ki, bu gün YAP-çılar Əli İnsanovu “baltalayırlar”? Mənim fikirlərimi bilmək istəyirsən. Mənim fikrim odur ki, yıxılana balta vurmaq şəxsiyyətsizlikdir. Yıxılana balta vurmazlar.

Digər tərəfdən isə sən deyirsən ki, YAP-çılar, hansı ki, 700 min üzvü var. Mən bilmirəm ki, bu gün Azərbaycanda 700 min inək var, ya yoxdur. Sən məni niyə bunlarla yanaşı qoyursan? Mən YAP-ın ideya müəllifiyəm, qurucusuyam.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam