Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Əli İnsanov səhiyyəni elə məhv edib ki...- Aqil Abbas

 

Əli İnsanovun siyasətə qayıdıb uğur qazanması mümkün deyil, o, səhiyyədəki korrupsiya əməllərindən sonra xalqın gözündən düşüb.

Yenixeber.org:  Bu sözləri açıqlamasında millət vəkili Aqil Abbas deyib. O bildirib ki, Əli İnsanov səhiyyə naziri kimi fəaliyyət göstərəndə Azərbaycan səhiyyəsi məhv olmuşdu:

“Əli İnsanov siyasətə qayıdıb nə edəcək? Uzağı yeni bir partiya quracaq. Azərbaycanda kifayət qədər siyasi partiya var. Onun yaradacağı partiyanın ətrafına kimlər toplaşacaq? Düşünürəm ki, heç kim ona yaxın durmayacaq. O, səhiyyə naziri işləyəndə Azərbaycan səhiyyəsində rüşvət baş alıb gedirdi. Ümumiyyətlə, səhiyyənin Azərbaycanda bu vəziyyətdə olmasının əsas səbəbi Əli İnsanovdur. Bu sahədə korrupsiyanın təməlini qoyan o olub, hələ də insanlarda ona qarşı nifrət hissi var. Azərbaycan xalqının içində ona sevgi bəsləyən heç kim yoxdur. Hamı hər zaman ondan narazı olub. Xalqı tərəfindən sevilməyən, hörmət görməyən biri necə siyasətdə uğur qazana bilər ki?! Təbii ki, bu mümkünsüzdür”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam