Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

NATO-nun Hərbi Komitəsinin sədri:“NATO-Azərbaycan birlikdə güclüdür”

"İkinci Dünya müharibəsindən dörd il sonra 4 aprel 1949-cu ildə on iki ölkənin iştirakı ilə Vaşinqton Müqaviləsi imzalandı və Şimali Atlantika Müqaviləsi Təşkilatı rəsmi qaydada təsis edildi. Dövlətlərin müharibənin fəsadlarını aradan qaldırdığı bir zamanda, təsisçi ölkələr qarşılıqlı etimad göstərərək müdafiə Alyansını yaratdılar. Müharibə onlara birlikdə güclü olduqlarını anlatdı, beləliklə, bu ölkələr öz vətəndaşlarını və ərazilərini daha təhlükəsiz etdilər". 

Yenixeber.org: Bunu NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piç deyib.

General bildirib ki, sonrakı yeddi onillik ərzində NATO özünün üç əsas vəzifəsini - kollektiv müdafiə, böhranların idarə edilməsi və birgə təhlükəsizliyi yerinə yetirir: "Bu ilkin etimad Alyansın üzləşdiyi Soyuq müharibə, Balkan müharibələri, 11 sentyabr hücumları, ardınca isə Əfqanıstan və İraqa müdaxilə nəticəsində qurulub.

Sonrakı yetmiş il ərzində daha on yeddi ölkə Alyansa qoşulmuş, hazırda isə digər bir ölkə - Şimali Makedoniya Respublikası Alyansa daxil olma prosesindədir. Avropa və Şimali Amerika arasındakı həyati bağlantı NATO-nu tarixin ən güclü - ortaq tarix, dəyər və məqsədlərə malik olan Alyansına çevirib.

Alyans genişləndikcə onun tərəfdaşlıq şəbəkəsi də inkişaf edərək, beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsində birlikdə çalışan və təşkilata üzv olmayan Avro-Atlantik məkanı, Aralıq dənizi hövzəsi, Körfəz regionu ölkələri və dünyanın bir çox yerindən olan digər tərəfdaşlarının sayı artmışdır. 1994-cü ildə Azərbaycan Prezidenti Zati-aliləri cənab Heydər Əliyev NATO-nun Mənzil Qərargahına səfər edərək NATO və Azərbaycan arasında tərəfdaşlığın əsasını qoyan "Sülh Naminə Tərəfdaşlıq" çərçivə sənədini imzaladı.

İyirmi beş il ərzində bu tərəfdaşlıq inkişaf edərək bu gün malik olduğumuz çoxşaxəli əlaqələrə çevrilmişdir. Alyans beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsi işində bizimlə birlikdə çalışan Azərbaycanı yaxın, etibarlı və dəyərli tərəfdaş adlandırmaqdan qürur duyur. Bu illər ərzində Azərbaycanın əməliyyat və missiyalarımıza cəlb olunması nəticəsində, tərəfdaşlığımız və uyarlığımız inkişaf etmişdir. Sizin qoşunlar 1998-2008-ci illərdə Kosovo qüvvələri (KFOR) tərkibində NATO-nun başçılığı altında keçirilən sülhməramlı əməliyyatlarda iştirak etmişdir, 2002-ci ildən 2014-cü ilin sonunadək isə Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) əməliyyatında Alyans qüvvələri ilə çiyin-çiyinə dayanaraq bu günədək davam edən və Əfqan təhlükəsizlik qüvvələrinə təlim, məsləhət, eləcə də yardımı nəzərdə tutan Qətiyyətli Dəstək Missiyasına (RSM) dəstəyini davam etdirərək, Əfqan Milli Ordusu Etimad Fonduna töhfəsini verir, həmçinin ölkəniz NATO müttəfiqlərinə öz qoşunları, eləcə də tranzitlə quru, hava və Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yardım göstərir.

Tərəfdaşlığımız Müdafiə Təhsilinin Genişlənməsi Proqramımızda iştirakınız, milli mülki fövqəladə hal və fəlakətlərin idarə edilməsi imkanlarınızın inkişafı məqsədilə Avro-Atlantik Böhranlara Cavabvermə Koordinasiya Mərkəzimizlə əməkdaşlığınız, eləcə də qoşunlarınızın uyarlığının artırılması məqsədilə Tərəfdaşlığın Uyarlılıq Təşəbbüsümüzə cəlb edilməyiniz sayəsində möhkəmlənmişdir. Sizin Alyans ilə Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planını inkişaf etdirməyiniz, həmçinin Müttəfiq ölkələrlə əməliyyat və digər sahələrdə birgə fəaliyyət göstərə biləcək qüvvə və imkanlarınızın inkişafı məqsədilə Planlaşdırma və Analiz Prosesi üzrə öhdəçiliyiniz təqdirəlayiqdir. Bütün bu proqram və təşəbbüslər, Avro-Atlantik məkanda və onun hüdudlarından kənarda modernləşdirmə, təhlükəsizlik və sabitliyin təmin olunması sahəsində ölkənizin göstərdiyi səy və öhdəliklərin təzahürüdür.

Bu gün bizim praktiki əməkdaşlığımız potensialın inkişafından başlayaraq enerji təhlükəsizliyinin təmin edilməsi, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, müdafiə institutunun qurulması, mülki fövqəladə planlaşdırma, elmi əməkdaşlıq və ictimai diplomatiyaya qədər olan bir çox sahələri əhatə edir. Seçdiyiniz bütün sahələr üzrə sizinlə işləməyi davam etdirməkdə qərarlıyıq.

NATO-nun tərəfdaşlığı onun üçün əhəmiyyətli olub və olacaqdır. Azərbaycanın NATO-nun etibarlı bir tərəfdaşı kimi son iyirmi beş ildə əldə etdiyi nailiyyət və tərəqqini, o cümlədən regional sabitliyin güclənməsində, habelə beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsində oynadığınız əhəmiyyətli rolu alqışlayıram. Əminəm ki, həm Alyans və həm də Azərbaycan son 25 ildə əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirərək bu tərəfdaşlığa töhfə verməyə davam edəcəklər. NATO-Azərbaycan əlaqələrinin daha da inkişaf etməsinə və ölkənizlə hərbi əməkdaşlığın dərinləşməsinə ümid bəsləyirəm".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam