Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Trampa qarşı qanun layihəsi -Səlahiyyəti əlindən alınır

 

Trampa qarşı qanun layihəsi - Səlahiyyəti əlindən alınır
Amerikalı senator Con Makkeyn ABŞ prezidenti Donald Trampın ölkəni NATO üzvlüyündən çıxarmasına qanuni şəkildə qadağa tətbiq etməyə çağırıb və bununla bağlı müvafiq qanun layihəsi hazırlayıb.
 Yenixeber.org: "T-online” xəbər verir ki, Makkeyn bir neçə senatorla birlikdə qanun layihəsini baxılması üçün təqdim edib. Təklif olunan qanuna əsasən, Senatın icazəsi olmadan ABŞ NATO-dan çıxa bilməyəcək və Amerika prezidentinin bu barədə birtərəfli qərar vermək səlahiyyəti əlindən alınacaq.

Makkeynin fikrincə, Tramp ABŞ-ın NATO-dakı müttəfiqlərilə pis davranıb və buna görə də Amerika hökumətində ölkənin Şimali Atlantika alyansına sadiqliyi barədə şübhələr yaranıb. Makkeyn onu da əlavə edib ki, məhz NATO Amerikanı indikitək uğurlu və təhlükəsiz ölkə edib.

Qeyd edək ki, Tramp bir neçə dəfə, o cümlədən NATO-nun Brüssel sammitində alyansa üzv dövlətlərin kollektiv müdafiəsinin vacibliyini şübhə altına qoyub. O, hətta ABŞ-ın NATO-dan çıxacağilə hədələyib.

Tramp iddia edir ki, Konqressin təsdiqi olmadan ABŞNATO-dan çıxarmaq səlahiyyətinə malikdir. Beynəlxalq müqavilələr olmasına rəğmən, İranla nüvə sazişi və iqlim dəyişikliyi üzrə Paris razılaşmasından fərqli olaraq, NATO-nun yaradılmasına dair dair müqavilə ABŞ Senatı tərəfindən ratifikasiya edilib. Bu səbəbdən də, Senat onun icazəsi olmadan Trampın Şimali Atlantika Müqaviləsindən çıxa bilməyəcəyini bəyan edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam