Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“KİŞİ OLMAĞA ÇALIŞIRAM…” –Namizədlər arasında gərginlik pik həddə

8400ec490e25b0d04dafff0823107e6b

Seçki günü yaxınlaşdıqca Ukrayna prezidentliyə namizədlər arasında münasibətlər daha da gərginləşir. 

Yenixeber.org: Əsəbləri dözməyən hazırkı prezident Pyotr Poroşenko ötən gün telekanalların birində gedən canlı müzakirələr zamanı dəvət olunmadığı halda studiyaya gələrək, verilişə müdaxilə edib.

Daha sonra isə hazırkı prezident studiya ilə telefon əlaqəsi quran digər namizəd Vladimir Zelenskiylə mübahisə edib, verilişdə qalmaqal yaranıb və bütün bunlar canlı olaraq, yayımlanıb.

Poroşenko həmin verilişdə Zelenskini aprelin 14-də teledebata çağırıb.  Zelenski imtina edərək, yalnız əvvəlk dediyi kimi, aprelin 19-da “Olimpiyski” stadionynda debat keçirəcəyini söyləyib. Onu da qeyd edək ki, sözügedən telekanal “1+1” adlanır və Zelenskinin himayədarı sayılan milyarder İqor Kolomoyskiyə məxsusdur.

Namizədlər arasında baş verən gərginlik və qarşılıqlı ittihamlarla bağlı danışan, seçkinin birinci turunda 3-cü nətcə göstərmiş sabiq baş nazir Yuliya Timoşenko tərəfləri sərt tənqid edib. Rusiyameylli namizəd Yuri Boyko isə Poroşenkonun və Zelenskinin öz hərəkətləri ilə Ukraynanı biabır etdiklərini söyləyib.

Bu arada Fransada səfərdə olan və prezident Makronla görüşən V.Zelenski jurnalistlərə açıqlamasında canlı yayımda Poroşenko ilə sərt və aqressiv danışmasının səbəblərinə aydınlıq gətirib. O deyib ki, bir hakimiyyət institutu olaraq prezidentlik postuna hörmət etsə də, şəxsən P.Poroşenkoya hörməti yoxdur.

O, həmçinin Poroşenkonun onu “narkotik aludəçisi”, “Kolomoyskinin kuklası” və digər ifadələrlə təhqir etməsini xatırladıb.

Zelenski debatın tarixini dəyişməkdən imtinasını isə sözünün üstündə durması ilə izah edib: “Məni yalnız Ukrayna cəmiyyətinin reaksiyası maraqlandırır. Mən necəyəmsə, elə də görünürəm – açıq və düzgün. Biz danışmışdıq ki, debat aprelin 19-da “Olimpiyski”də olacaq. Mən həyatda heç vaxt qaydaları pozmamışam və cənab prezidentin mənə dediyi kimi, “kişi olmağa” çalışıram. Ona görə də, sözümün üstündə durdum…”

Onu da qeyd edək ki, prezident P.Poroşenko səsvermə ilə bağlı yeni təkliflə çıxış edib. Prezident təklif edir ki, səsvermə zamanı bülletenlərə Poroşenko ilə Zelenskinin adları ilə yanaşı “hər ikisinin əleyhinə” qrafası da salınsın.

Poroşenko hesab edir ki, Zelenskiyə səs verənlərin böyük əksəriyyəti hakimiyyətdən narazı olsalar da, şoumenə xüsusi rəğbət bəsləmirlər və ona əlacsızlıqdan səs verirlər. Ancaq həmin seçicilər namizədlərin hər ikisinin əleyhinə səs versələr, nəticələr gözləniləndən xeyli fərqli ola bilər. Hələ ki, MSK bu təkliflə bağlı heç bir açıqlama verməyib.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam