Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Poroşenko və Zelinskinin ilk telefon dueli -Video

 

Feysbuk şəbəkəsində Ukraynada prezident seçkisinin ikinci turuna çıxmış hazırkı prezident Petro Poroşenko ilə şoumen Vladimir Zelenskinin “1+1” telekanalının “Hakimiyyət hüququ” proqramında söz atışmasının videosu yayılıb.

Yenixeber.org: Onlar canlı efirdə telefonla danışıblar. Petro Poroşenko Vladimir Zelenskini studiyaya dəvət edir. O isə bunu edə bilməyəcəyini söyləyir, Parisdə olduğunu, Fransa Prezidenti Emmanuel Makronla görüşdüyünü bildirir.

Daha sonra deyir ki, Poroşenkonun bu barədə mütləq xəbəri olmalıdır. Çünki Ukrayna Təhlükəsizlik Xidmətinin yaraşıqlı avtomobilləri onu hava limanına gedən yolda müşayiət ediblər. Bundan əlavə, şoumen bildirir ki, müzakirələr aprelin 19-da Kiyevdəki “Olimpiya” stadionunda keçiriləcək.

Buna cavab olaraq, Petro Poroşenko debatı bazar günü – aprelin 14-də keçirməyə hazır olduğunu söyləyib. Bundan sonra onlar bir-birləri ilə mübahisə etməyə, bir-birlərinin sözünü kəsməyə başlayıblar, buna görə də Zelenski sağollaşıb və əlaqəni kəsib.

Ukraynada prezident seçkisinin birinci turu martın 31-də keçirilib. Namizədlərin heç biri birinci turda qalib gəlmək üçün yetərli səs ala bilməyib. İkinci tur aprelin 21-də keçiriləcək.(teleqraf.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam