GÜRCÜSTAN PENTAQON ÜÇÜN “DEMOKRATİYANI YAYMA MƏRKƏZİ”NƏ ÇEVRİLİR –Azərbaycan Qərbə qarşı Rusiya ilə birgə hərəkət edəcəkmi? - TƏHLİL
Stanislav Tarasov
regnum.ru, 08.04.2019
Yenixeber.org: ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger bu günlərdə NATO-nun yaradılmasının 70 illiyi münasibətilə videomüraciətində bildirib ki, “Azərbaycan NATO-nun önəmli və etibarlı tərəfdaşıdır” və “bu, Əfqanıstanda təhlükəsizliyin təminatı üçün Azərbaycanın qoşun və marşrut tədarük etməkdə, habelə kürəsəl terrorizm və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəyə qiymətli töhfədə əks olunur”. Və əlavə edib:“Biz burada, ABŞ-ın Bakıdakı səfirliyində bütün dünyada barış və sabitliyin saxlanması və yeridilməsi məqsədiyləölkələrimizin NATO çərçivəsində bir tərəfdaş kimi əməkdaşlığı üçün yeni yollar arayırıq”.
Səfir NATO baş katibi Yens Stoltenberqin bu forumda çıxışındakı ifadəsini, demək olar, eynilə təkrarlayıb. Bundan artıq deyil. Bununla yanaşı, alyansa girmək istəyən NATO tərəfdaşlarına toxunaraq ancaq Ukrayna və Gürcüstanın adını çəkib. Hətta NATO-nun yaradılmasının 70 illiyi münasibətilə forumun işinə qatılmaq üçün Brüsselin Bakıya dəvətnamə göndərib-göndərmədiyi bizə bəlli deyil. Amma Ermənistan kimi, Azərbaycanın da təmsilçisi orada yox idi. Cənubi Qafqazdan təkcə Gürcüstan XİN başçısı David Zalkaliani “vaxtında” Vaşinqtonda olub, Gürcüstan KİV-lərinin məlumat verdiyinə görə, yubiley tədbirində alyansın genişlənməsi məsələsinə həsr olunan nitqlə çıxış edib. Ağ Ev təmsilçilərilə danışıqların nəticələri üzrə isə bildirib ki, “Amerika tərəfi Gürcüstanın Avropa və Avroatlantika inteqrasiyası kursuna, habelə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə möhkəm dəstəyini təsdiqləyib”.
Buna görə də biz Azərbaycanın bəzi ekspertlərinin bu haqda şərhlərini təəccüblə oxuduq. Deməli, Bakı Politoloqlar Klubunun başçısı Zaur Məmmədov axar.az portalına bildirib ki, madam “NATO baş katibi öz çıxışında Azərbaycanın üzərində özəl durub, Azərbaycan-NATO münasibətlrəinə toxunub, Azərbaycanı NATO-nun önəmli tərəfdaşı kimi səciyyələndirib, deməli, bu, ölkəmizin Avropa və ABŞ üçün əhəmiyyətini göstərir”. Və sonra: “Alyans bu mənada qarşılıq gözləyə bilər. Bu genişlənmə artıq Qara dəniz hövzəsinə çatıb. Gürcüstanın NATO-ya üzvlüyü gündəlikdədir. Təbii, blokun əsas məqsədi Cənubi Qafqaz daxil olmaqla Xəzər dənizinə qədərki bütün ölkələrin üzvlüyünə nail olmaqdır”. Yəni Gürcüstandan savayı, söhbət həm də Azərbaycan və Ermənistandan gedir, amma şübhəlidir ki, Stoltenberqin bəyanatından belə simvolik xassəli nəticə çıxır.
Ancaq Məmmədov bir mühüm çaları göstərib: Gürcüstan Qərbin gözlərində özünü Cənubi Qafqaz dövlətlərinin lideri kimi təqdim etməyə çalışır.
Yeri gəlmişkən, Gürcüstan XİN başçısı Argentinanın “Clarin” nəşrinə müsahibədə, bax, bunu deyib: “Xəritəyə baxsanız, Gürcüstanın yerləşmə üstünlüyünü tutarsınız. O, Qara və Xəzər dənizləri arasında yerləşir, əsas neft kəmərləri onun ərazisindən keçir, bütün bu sərvəti Mərkəzi Asiyadan Avropaya o göndərir. Bundan başqa, Gürcüstan dənizə çıxışı olmayan səkkiz ölkə üçün son dərəcə önəmlidir. Bu gün ölkəmiz demokratik dəyər və azadlıqlar sahəsində liderdir. Biz bununla fəxr edirik”.
Hətta Gürcüstan bildirir ki, Türkiyəni NATO-dan çıxaracaqları halda alyansda onun yerini tutmağa hazırdır. Amma belə bir anı uzun müddət gözləmək lazım gələrsə, Tiflis alyansa girmək üçün NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin təklif etdiyi “Kipr modeli”ni qəbul etməyə hazırdır.
Gürcüstann müxalif “Demokratik Hərəkat” partiyasının lideri, Gürcüstan parlamentinin keçmiş spikeri Nino Burcanadzenin bununla bağlı bildirdiyi kimi, “bu, nəzərdə tutur ki, Kipr 2004-cü ildə iki hissəyə bölündüyünə baxmayaraq, Avropa Birliyinin tərkibinə qəbul edilib” və “Rasmussen Gürcüstana bu model üzrə AB-yə deyil, NATO-ya üzvlük təklif edir”.
Gürcüstan “arxa cəbhələri” belə bərkitdikdən sonra “bölgəyə demokratiya ixrac etmək” niyyətindədir ki, bu da çoxdan Pentaqonun planlarına daxildir – məhz Gürcüstandan qonşu dövlətlərə “demokratiya” ixrac etmək.Amma artıq Ermənistanın öz “demokratı” var – Ermənistanın baş naziri Nikol Paşinyan. Deməli, söhbət Azərbaycandan gedir.
Qəribə mənzərə alınır: Bakı Gürcüstana neft və qaz tədarük edir, o isə əvəzində Azərbycanın Gürcüstan ərazisindən Türkiyəyə gedən boru kəmərlərini bağlamaqla potensial təhlükə.
Baş verənlərin geopolitik gizli mənası Gürcüstan və Qərbin Dağlıq Qarabağ münaqişəsinə münasibətdə status-kvonun saxlanmasında eyni maraqlarını, bu zaman özəlliklə Bakıya Moskva ilə birgə Gürcüstan yönündə əks-oyun aparmağa yol verməmək üçün Azərbaycan, Ermənistan və Rusiya arasındakı qarşılıqlı münasibətlərdə gərginlik yaratmaq üçün Rusiya “kartı”yla “qəliz” oynamaq cəhdlərini birləşdirir.
Yeri gəlmişkən, bir yandan, Gürcüstan-Azərbaycan münasibətlərini, o biri yandan, Azərbaycan-Rusiya yaxınlaşmasını və Moskvanın Dağlıq Qarabağ münaqişəsində münaqişə edən tərəflər üçün qarşılıqlı məqbul tənzimləməyə çıxmaq cəhdlərini gözə çapracaq dərəcədə mürəkkəbləşdirən həmin meynstrimdir. Lakin Tiflisin belə güvəndiyi coğrafiya onunla şər zarafat edə bilər.
Onu nəzərdə tuturuq ki, Gürcüstan özünün Qərb tərəfdaşları ilə birlikdə birbaşa Rusiyaya və onun bölgədəki müttəfiqləri Azərbaycan və Ermənistana zərbə endirmək istəyi ilə Cənubi Qafqazın gələcəyinə baxışını bu qədər açıq şəkildə cızırsa, onda Tiflisə mümkün əks-zərbədən danışmağa haqqımız var. Bunun üçün etibarlı əsaslar və üsullar var – özü də təkcə Rusiyanın deyil. Tərcümə: Strateq.az