Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İSGƏNDƏRİN XƏCALƏT YIĞINCAĞI… –Bunlar Azərbaycana “demokratiya” gətirəcəklər… (VİDEO)

0f84a882432f886b6970c6d3fc18100d

Yerləşdiyimiz regionda, qonşu ölkələrdə demək olar ki, hər seçkidən-seçkiyə həm hakimiyyətdə, həm də müxalifətdə yeni simalar, ideyalar, yanaşma tərzləri görürük. Biz isə dəyişmək istəmirik ki, istəmirik – köhnə hamam, köhnə tas…

Yenixeber.org: Reallıq belədir ki, savadlı, intellektual kəsim getdikcə daha çox siyasətdən uzaqlaşır ki, nəticədə onsuz də qibtə edilməyəcək siyasi mühitimizdə dərin boşluq yaranır, onu məişət, bazar səviyyəsinə endirir. Elə buna görədir ki, söyüşün biri bir qəpik olan bu mühitdə yenə özünə “Azərbaycan Xalq Hərəkatı” kimi pafoslu adlar qoyan, əslində isə iddiası ilə bacarığı, səviyyəsi tam ziddiyyət təşkil edən qruplar yaranır, siyasi ömrünü çoxdan başa vurmuş, tarixin arxivinə tullanmış təsadüfi və səviyyəsiz adamlar yenidən siyasi meydana atılmağa, guya bu xalqı xilas etməyə can atırlar.

Əlbəttə ki, ölkədə siyasi təşkilatlanmaya, yeni mütərəqqi qüvvələrin meydana çıxmasına ehtiyac var, ancaq bunun həmin özünü “Azərbaycan Xalq Hərəkatı” adlandıran təşkilat olduğunu demək üçün gərəkdir ki, ciddi əqli qüsurların olsun. Qoy bu qurumda təmsil olunan çox az sayda ciddi və hörmətə layiq simalar inciməsin, amma bir təşkilatın ki, qabaqda gedəni, ideya müəllifi İsgəndər Həmidov ola…

Bu gün internetdə həmin bu təşkilatın yığıncağından videokadrlar yayılıb. Kadrlardan belə başa düşülür ki, özünü “xalq hərəkatı” adlandıran bu qurumun “idarə heyəti” xalq üçün “həyati önəm kəsb edən” bir, daha doğrusu iki məsələnin ətrafında müzakirələr üçün toplanıb: Nemət Pənahlının təşkilatdan, Tural Abbaslının təşkilatın idarə heyətindən uzaqlaşdırılması.

N.Pənahlının əlbəttə ki, xüsusi təqdimata ehtiyacı yoxdur, T.Abbaslı isə siyasi partiyanın sədridir.

Sözsüz ki, bu şəxslərlə bağlı kimlərinsə, nəyisə müzakirə etməsi bu məmləkətdə onların həndəvərindəki dost-tanışlarından başqa çətin ki, kimisə maraqlandıra. Ancaq buna baxmayaraq, həmin bu təşkilat bir iclasla özündən söz etdirə bildi – dava-dalaşı, söyüşü, qalmaqalı ilə.

Özlərindən olsa, xalqın gələcək taleyini həll edəcək bir təşkilatın “tarixə düşəcək” iclasında səsləndirilən “siyasi replikalara” baxın – “bura qoçuxanadır?”, “tərbiyən olsun ə, gədə”, “bu nə hərəkətdi, ə…?”, “sən öl səni vurub uzadaram”, “uzatmayanın var-yoxuna lənət” və sair.

Ardınca İsgəndər Həmidov, bəli tanıdığınız o İsgəndər – nazir olduğu vaxt redaksiya hücum edib jurnalisti maşının baqajına basan, dövlət televiziyasının canlı efirinə soxulub sağa-sola tüpürcəklər püskürən, hər hərəkəti ilə təmsil olunduğu iqtidara üz qarası olan o adam, əsəbləri yenə dözmür və iclası aparana əl-qol da atır – əsl “O olmasın, bu olsun” filmindəki Məşədi İbadın ziyafətinin təkrarı.

Bu arada “tarixi toplantıda” T.Abbaslı ilə İ.Həmidovun dartışmasına kənardan müdaxilə edən birisi isə xəbərdarlıq edir: “Ə diqqətli ol, general-mayorla danışırsan!” Nə deyəsən beləsinə? Sonra araya başqa birisi girir və həmin bu generalı (!) müdafiə etməyə çalışır, o biriləri də əl çalır. Belə nəticəyə gəlmək olur ki, İ.Həmidov buraya başının dəstəsilə gəlib – Qoçu Əsgər kimi…

Nə isə, iclas dağılır. Dağılmamışdan az əvvəl isə bu toplantıya sədrlik etməli olan T.Abbaslı yeganə doğru və məzmunlu cümləni işlədir: “Nəyi müzakirə edirik, onu da bilmirik…”

Doğrudan da, bu adamlar nəyi, niyə müzakirə edirlər, bunlar Azərbaycana nə verə bilərlər – heç özləri də bilmirlər. Və bu səviyyəsizliyin də adını qoyublar “Azərbaycan Xalq Hərəkatı”…(azpolitika)

Tahir


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam