Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Vyana görüşünün detalları məlum oldu - Yenilənib

 

Vyana görüşünün detalları məlum oldu - Yenilənib
Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü müsbət və konstruktiv şəraitdə keçib, hər iki liderin öz mövqelərinə aydınlıq gətirmək üçün imkan yaranıb. 

Yenixeber.org: Bu barədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin Vyana görüşü ilə bağlı bəyanatında bildirilib.
Qeyd olunub ki, prezident və baş nazir tənzimləmə prosesinin bir sıra vacib məsələləri və substantiv ideyalar üzrə fikir mübadiləsi aparıblar. Onlar sülh üçün əlverişli mühitin yaradılmasının və münaqişənin sülh yolu ilə həllinin tapılması üzrə danışıqlar prosesində konkret və tutarlı addımların atılmasının vacibliyini vurğulayıblar.

Bundan əlavə, hər iki ölkə lideri Düşənbədəki söhbətə istinad edərək atəşkəsin möhkəmləndirilməsinin və birbaşa əlaqə mexanizminin təkmilləşdirilməsinin vacibliyini yenidən təsdiq ediblər.

Prezident və baş nazir öz ölkələrinin nazirlərinə yaxın gələcəkdə həmsədrlərə yenidən görüşmək üçün təlimat veriblər, həmçinin birbaşa dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, martın 29-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidentİlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Ölkə rəhbərləri əvvəlcə təkbətək görüşüblər, daha sonra danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə davam edib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam