Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

Paşinyan Qarabağı müzakirə etdi-həmsədrlərlə

Paşinyan həmsədrlərlə Qarabağı müzakirə etdi
Ermənistanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) baş nazir Nikol Paşinyanla görüşüblər.
Yenixeber.org erməni mətbuatına istinadən xəbər verir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Baş nazir Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar prosesində həmsədrlərin rolunu vacib olduğunu qeyd edib və səmərəli əməkdaşlığın formalaşacağına əmin olduğunu bildirib.

Öz növbəsində həmsədrlər baş nazir seçilməsi münasibətilə N. Paşinyanı təbrik edib və qeyd ediblər ki, münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün səylərini əsirgəməyəcəklər.

Tərəflər prezidentlərin Vyana, Sankt-Peterburq və Cenevrə görüşlərində əldə edilmiş razılaşmalara əməl etməyin əhəmiyyətini vurğulayıblar. ATƏT-in Minsk Qrupunun həmsədrləri öz gələcək iş proqramları haqqında baş nazirə məlumat veriblər.

Paşinyan həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrlər ilə birlikdə münaqişənin danışıqlar yolu ilə həlli üçün səyləri davam etdirməyə hazır olduğunu təsdiqləyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam