Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

ABŞ və Fransadan MÜHARİBƏYƏ DOĞRU addım:Türkiyə sərhədlərində minlərlə əsgər...

 

ABŞ və Fransadan MÜHARİBƏYƏ DOĞRU addım: Türkiyə sərhədlərində minlərlə əsgər...

PKK terror təşkilatı yeni ordu hazırlığına başlayıb.

 Yenixeber.org: Terrorçular Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun “Zeytun budağı” hərəkatı ilə terror ünsürlərindən təmizlədiyi Afrin şəhərini geri almaq üçün hazırlıq görür.

Bu məqsədlə Eyn əl-Ərəb şəhhərində 2 min terrorçu təlimlər keçir. Onlara ABŞ və Fransa dəstək verir. Təlimlərin maliyyələşdirilməsi ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin hesabına aparılır. Ordudakı əsgər sayının 3 ay içində 15 min nəfərə çatması planlaşdırılır.

Təlim düşərgəsi İŞİD terror təşkilatı ilə mübarizə məqsədilə qurulan koalisiya rəhbərləri tərəfindən 2 dəfə ziyarət edilib. Təşkilatın lideri Mustafa Məhəmməd bundan sonrakı ilk hədəflərinin Afrin olduğunu deyib. Təlimlərdə iştirak edənlər arasında Afrin əsilli olanların çoxluğu diqqət çəkib. PKK təxribatlarından sonra Təl Rıfata köç edən çox sayda afrinli ailənin uşaqları müxtəlif üsullarla düşərgəyə cəlb olunur.

PKK-nın Afrin üçün hazırladığı işğal planına İŞİD də dəstək verəcək. Kamikadzelər, mina və bomba mütəxəssisləri ilə yanaşı, xüsusi alay da fərqli düşərgələrdə təlimlər görür. Bu düşərgələrdəki İŞİD muzdlularının sayı 300-ü keçir.

Yeni qurulan ordu TSQ və ASO-ya qarşı genişmiqyaslı basqınlar etməyi planlaşdırır.(publika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam