Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

SERBİYA LİDERİNİ MİLOŞEVİÇİN AQİBƏTİ GÖZLƏYİR?- Etirazçılar dövlət televiziyasına basqın etdi: prezident geri çəkilmir:"Qaçmaq fikrim yoxdur"

Yenixeber.org: Bir neçə aydır etirazların davam etdiyi Serbiyada vəziyyət gərginləşib. Ötən şənbə paytaxt Belqradın keçmiş meri Draqan Cilasın rəhbərliyi altında bir qrup etirazçı dövlət televiziyasının ofisinə basqın edərək efir tələb edib. Dünən isə aksiyaçılar polis idarəsini binasını mahasirəyə alıblar, prezident rezidensiyasına hücum etməyə cəhd göstəriblər. Hüquq mühafizə orqanları nümayişçiləri dağıtmaq üçün dubinka və gözyaşardıcı qazdan istifadə edib. Bəzi ekspertlərə görə, Serbiyada 2000-ci il ssenarisi təkrarlana bilər. Həmin vaxt kütləvi etirazlar o vaxtkı prezident Slobodan Miloşeviçi istefa verməyə məcbur etmişdi.

Hazırkı prezident Aleksandr Vuçiç isə gərginliyə baxmayaraq vəziyyətin nəzarətdə olduğunu deyir.

«Əziz Serbiya sakinləri! Gördüyünüz kimi, mən hələ də öz iş yerimdə, prezident binasındayam. Heç yerə qaçmaq fikim yoxdur. Burdayam və bəzilərinin tutmaq istədiyi yerimdən tərpənməyəcəm. Biz müasir və ləyaqətli Serbiya qurmaq istəyirik. Ölkəmizi dağıtmaq istəyənlərlə heç vaxt kompromisə getməyəcəyik”, – deyən prezident etirazçıları faşist, xuliqan və cinayətkar adlandırıb.

Vuçiç nümayişçilərin sayını xeyli azaldaraq müxalifətin küçələrə cəmi min nəfər çıxardığını deyib.

Aleksandr Vuçiç

Belqradda etirazların başlamasına müxalifət lideri Borislav Stefanoviç və onun iki tərəfdarının ötən ilin 23 noyabrında hücuma məruz qalması səbəb olub. Hücum zamanı Stefanoviçin başı yarılmışdı. Sonradan hüquq-mühafizə orqanları həmin şəxslərin saxlanıldığını desə də, müxalifət baş verənləri hakimiyyətin yol verdiyi siyasi zorakılıq adlandırır.

Etirazları ilk gündən izləyən müşahidəçilər və ekspertlər hesab edir ki, nümayişçilər nə hökumətə aydın tələblər irəli sürə biliblər, nə də özlərinə vahid lider seçiblər. Bəzi təhlilçilər artıq Belqraddakı 2000-ci il etirazları ilə analogiya apararaq hazırkı aksiyaları “rəngli inqilab” cəhdi kimi qiymətləndiriblər.

Birincisi ona görə ki, etirazçı kütlə həddən artıq qarışıqdır. Küçələrə müxtəlif sosial qrupların, həm solçu, həm də sağçı ideologiyanın tərəfdarları çıxır.

İkincisi, etirazçıların fəaliyyət koordinasiyası qənaətbəxş deyil. Məsələn, bazar günü keçirilən aksiyada nümayişçilərin bir qrupu prezidentin və hökumətin istefasını tələb edirdi, digər qrup isə ümid edirdi ki, ölkə başçısı eyvana çıxaraq insanlara müraciət edəcək.

Üçüncüsü, müxalifətin səsləndirdiyi şüarların əksəriyyəti mücərrəd xarakterlidir. Bəzi hesablamalara görə, Serbiyada əmək qabiliyyətli əhalinin 25 faizi işsizdir. Buna baxmayaraq, nümayişlər zamanı kəskin iqtisadi tələblər demək olar ki səsləndirilmir. Bu da “rəngli inqilablara” xas xüsusiyyətlərdən hesab olunur.

Aksiyaçılar korrupsiyaya qarşı mübarizə, səs-küylü cinayətlərin araşdırılması, KİV-lərin müstəqillik səviyyəsinin yüksəlməsi kimi, reallaşması qısa zamanda mümkün olmayan tələblərə kökləniblər. Və yaxud Kosovoya nəzarətin qaytarılması və tezliklə Avropa İttifaqına daxil olmaq kimi, ikisinin eyni anda gerçəkləşməsi real olmayan tələblər səsləndirirlər.

Dördüncüsü, etirazlara təsadüfi adamlar rəhbərlik edir. Etiraz dalğası solçu liderin döyülməsi ilə başlasa da, hazırda diqqət mərkəzindəki lider Bosko Obradoviçdir. Obradoviç parlamentdə 250- yerdən yeddisinə sahib olan ifrat sağçı “Dveri” hərəkatın rəhbəridir.

Hərəkat cəmiyyətdəki radikal əhval-ruhiyyədən yararlanmağa çalışır. Əsas şüarları isə bunlardır – “Kənd təsərrüfatının inkişafı naminə!”, “Azad vətəndaşları olan güclü Serbiya”.

Bu gün Aleksandr Vuçiç növbəti dəfə bəyan etdi ki, ölkədə erkən parlament seçkilərinin keçirilməsini mümkün sayır. Bu, prezidentin dialoqa hazır olduğunu göstərir.

Nümayişçilərin tələblərindən biri də serblərin lideri Oliver İvanoviçin qətli ilə bağlı obyektiv təhqiqatın aparılmasıdır. İvanoviç ötən ilin əvvəlində Kosovoda qətlə yetirilib. “Vətəndaş təşəbbüsləri: azadlıq, demokratiya, ədalət” partiyasının sədri olan İvanoviç elə ofisinin önündə güllələnmişdi. Qətlin baş verdiyi əraziyə – Kosovka-Mitrovitsa şəhərinin şimal hissəsinə serblər nəzarət edir.

Oliver İvanoviç 

Oliver İvanoviç Kosovo serblərinin liderlərindən idi. Vaxtilə Serbiya hökumətində də (Kosovo və Metoxiya üzrə Nazirlikdə) təmsil olunmuşdu. 2014-cü ilin yanvarından daha dörd serbli ilə birgə həbsə atılmışdı. O, 1999-2000-ci illərdə Kosovo və Metoxiyanın alban əhalisinə qarşı hərbi cinayətlər törətməkdə təqsirli bilinmişdi.

2015-ci ilin avqustunda səhhətinin ağırlaşması ilə əlaqədar türmədə aclığa başlamış və xəstəxanaya köçürülmüşdü. 2016-cı ilin yanvarında Oliver İvanoviç barəsində hökm çıxarılmış və o, Kosovo albanlarına qarşı 99-cu ildə törədilən cinayətlərlə bağlı təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.

2017-ci ilin fevralında ilkin instansiyanın hökmü ləğv edilmiş və yeni məhkəmə təhqiqatı başladılmışdı. Bir müddət ev dustaqlığında saxlanılan partiya sədrinə 2017-ci ilin ilin aprelindən məhkəmə müddətini azadlıqda keçirmək haqqı tanınmışdı.

Kosovo 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqilliyini elan edib. Lakin Belqrad Priştinanın müstəqilliyini tanımaqdan imtina edib. Tərəflər arasında danışıqlar 2017-ci ilin martında dayanmışdı. Danışıqların bərpa olunduğu gün – 2018-ci il yanvarın 16-da İvanoviç qətlə yetirildi.

Bəzi müşahidəçilər qətlinin arxasında Priştina (Kosovonun paytaxtı) və Vaşinqtonun dayandığını iddia edir. Bu iddiaya görə, ikili “beşinci kolon”un köməyi ilə qətllə bağlı Serb tərəfini ittiham etmək istəyir. Kosovo və Metoxiya tərəfini isə çəkişmə meydançası kimi təqdim edir ki, onu daha rahat ələ ala bilsin.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam