Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

PREZİDENT HAKİMİYYƏTDƏN ƏL ÇƏKDİ, XALQ BAYRAM EDİR –Əlil arabasında yenidən namizədliyini vermişdi

12

Əlcəzairdə yüz minlərlə insan prezident Abdeləziz Buteflikanın beşinci müddətə namizədliyini irəli sürməmək qərarını bayram etmək üçün küçələrə çıxıb.

Yenixeber.org: Dünəndən etibarən ölkənin paytaxtında və digər iri şəhərlərində insanlar sevinc içərisindədir. Onlar Buteflikanın 20 illik hakimiyyətinin nəhayət sona çatmasını bayram edirlər.

Xəbər verildiyi kimi 82 yaşlı Buteflika insult keçirməsinə və əlil arabasına möhtac qalmasına baxmayaraq növbəti müddətə namizədliyini irəli sürmüşdü. Nəticədə ölkəni kütləvi etirazlar bürümüşdü. Martın 1-də 1 milyondan çox insan küçələrə çıxaraq Buteflikanın hakimiyyətdən əl çəkməsini tələb etmişdi.

Buteflika İsveçrədə iki həftəlik müalicədən sonra martın 10-da Əlcəzairə dönüb və namizədliyini irəli sürməyəcəyini bəyan edib. Prezident bunu yaşı və səhhəti ilə əlaqələndirib. “Beşinci müddət olmayacaq. Mənim üçün belə sual heç vaxt qarşımda dayanmayıb. Səhhətimi və yaşımı nəzərə alaraq əlcəzairlilər qarşısında sonuncu borcumun yeni Respublikanın fundamentinin quruculuğunu dəstəkləməkdən ibarətdir”-Buteflika yazılı bəyanatında bildirib.

Habelə prezident etirazlarla bağlı hökuməti tam tərkibdə istefaya göndərib və əvvəlki kabinetin daxili işlər nazirinə yeni hökuməti formalaşdırmağı tapşırıb. Buteflika ölkədə konstutusiya islahatlarını da anons edib və aprelin 18-nə təyin edilmiş prezident seçkilərini qeyri-müəyyən müddətə təxirə salıb.

Bu isə o deməkdir ki, Buteflika beşinci müddətə prezident olmasa da ölkəni hələ bir müddət də idarə edə biləcək. Lakin kütlə tezliklə prezident seçkilərinin keçirilməsini tələb edir və seçkilərin uzanması yeni etiraz dalğasını başlada bilər.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam