Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Əlcəzair prezidentinin vəziyyəti çox ağırdır- KİV

Buteflika Cenevrənin universitet xəstəxanasında müalicə edilir.

Yenixeber.org: Əlcəzair Prezidenti Əbdüləziz Buteflikanın vəziyyəti ağırlaşıb və o, Cenevrədəki xəstəxanaya yerləşdirilib.

Al-Mayadeen telekanalının yaydığı məlumata görə, martın 2-də 82 yaşı tamam olan Buteflika Cenevrənin universitet xəstəxanasında müalicə edilir. Onun palatasının yerləşdiyi mərtəbə güclü mühafizə altına alınıb. “İntensiv terapiya şöbəsinə yerləşdirilən prezidentin yanına keç kimi buraxmırlar. Buteflika çox ağır, demək olar, huşunu itirmiş vəziyyətdədir”, - deyə xəstəxanadakı mənbə bildirib.

Telekanal xatırladır ki, martın 1-də bütün Əlcəzair ərazisində on minlərlə insanın iştirak etdiyi etiraz aksiyaları keçirilib. Aksiyalar paytaxtda daha kütləvi xarakter alıb. Polis nümayiş iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib. Etirazçılar isə hüquq-mühafizə orqanlarının əməkdaşlarını daşa basıb.

Əbdüləziz Buteflika fevralın 10-da ardıcıl olaraq beşinci dəfə növbəti prezident müddəti üçün rəsmən namizədliyini irəli sürüb.

Ölkədə prezident seçkiləri aprelin 18-nə təyin olunub. Bəzi müxalif siyasətçilər seçkilərdə iştirak etmək niyyətlərini bildiriblər. Hakim koalisiya Buteflikanın namizədliyini yekdilliklə irəli sürsə də, müxalifət vahid namizəd barədə razılığa gələ bilməyib.

Əbdüləziz Buteflika 2013-cü ildə keçirdiyi mikroinsultdan sonra bir neçə həftə Fransada hospitalda müalicə alıb.

O vaxtdan bəri əlil arabasında hərəkət edən siyasətçi nadir hallarda ictimaiyyət qarşısına çıxır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam