Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“RUSİYA İŞİ”NDƏ TÜRKİYƏ ƏLEYHİNƏ PROSES… –Sabiq müşavir canını qurtarmaq üçün istintaqla əməkdaşlığa başlayıb - TƏHLİL

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 09 mart 2019-cu il

 

Yenixeber.org: ABŞ-ın Virciniya ştatında açılan və davam etməkdə olan 18 cr-457 saylı bir məhkəmə işi var. “ABŞ Refiekana qarşı” (“US vs Refiekan”) adlı bu məhkəmə işində həqiqi soyadı Refiekan olan, lakin Bijan Kian kimi tanınan şəxs Türk-Amerikan Biznes Şurasının sabiq rəhbəri Ekim Alptekinlə birlikdə mühakimə edilir.

Onlara qarşı irəli sürülən ittiham ABŞ-da Türkiyə üçün lobbiçilik fəaliyyəti göstərmələri barədədir.

Bu, hər hansı bir nəticə alınması gözlənilməyən, oynaq zəmin üstündə qurulmağa çalışılan bir məhkəmə işidir.

 

Yalan “istehsal edən” sistem

 

Ancaq bu işin Türkiyə əleyhinə səslər çıxaracağı, mənfi mühit yaradacağı da qətidir. Hətta məhkəmə işinin sadəcə bu səbəblə açılmış olması da ehtimallar daxilindədir.

Prezident Trampın sabiq milli təhlükəsizlik müşaviri Maykl Flinin bu işdə şübhəlilər əleyhinə şahid olmağı qəbul etməsi ortaya çıxdıqda, bəzilərinin Türkiyə əleyhinə danışmaq məqsədinin olması ehtimalı daha da artıb.

 

Sistemi yaxşı tanıyaq

 

Bu mərhələdə ABŞ ədalət sistemində mövcud olan, haqsızlıq və ədalətsizlik “istehsal edən” pozulmuş, əyri sistemi təkrarən anlatmaq lazım gəlir. Bu sistemi bir dəfə də anladaq ki, hadisələrlə manipulyasiya etmək istəyənlərin bu pozulmuş sistemi necə istifadə etdiklərini, istədikləri kimi necə istismar etdiklərini daha yaxşı anlaya bilək.

Xüsusi prokuror Müller, Prezident Trampın yaxın ətrafından olan bir çox şəxsi ruslarla əməkdaşlıq etməsi səbəbilə uzun müddət sorğu-sual etdi.

Sistem belə işləyir: prokuror öncə şəxsə qarşı ittihamlar irəli sürür və onun ala biləcəyi uzunmüddətli cəzanı anladır, sonra da “Əgər mənimlə əməkdaşlıq edərsənsə, istənilən şəkildə danışarsansa, bu işdən qurtular və azad insan kimi evinə dönərsən” deyir.

Bu, ittiham olunanların qurtulmaq üçün yalan danışmasına yol açan qüsurlu bir sistemdir. Prezident Trampın sabiq vəkili Maykl Kohen və keçmiş seçki qərargahı rəhbəri Pol Manafortun elə bu üzdən yalan danışdığı ortaya çıxdı və indi onların ikisi də buna görə həbsə girirlər.

Bəziləri yalan söyləməyə çalışarkən bunlar kimi yaxalanır, bəziləri də yalan söyləyərək, günahsız insanları və qurumları ittiham edərək, qurtula bilir.

 

“Türkiyə əleyhinə danış!”

 

Mənim söhbət etdiyim bəzi mütəxəssislər indi Maykl Flinin də ondan istəniləni edəcəyini – Türkiyə əleyhinə danışıb, əsassız ittihamlar irəli sürüb qurtulmağı yoxlayacağını söyləyirlər.

Gələn məlumatlara görə, xüsusi prokuror Trampın Rusiya ilə əməkdaşlıq etməsi ittihamı ilə bağlı bir nəticə ala bilməyib və bu dəfə də sorğuya çəkdiyi insanlara başqa mövzularla bağlı təzyiq etməyə başlayıb. Bu şəxslərdən biri də Maykl Flindir. Ona da Rusiya ilə əlaqələrlə bağlı suallar verilib, lakin nəticə tam alına bilmədiyindən, prokuror bu dəfə də Türkiyə ilə bağlı suallar verərək, onu sıxışdırmağa başlayıb.

Görünür, prokuror düşünür ki, əgər Türkiyəyə görə onu çox sıxışdırarsa, Rusiya məsələsilə bağlı istədiyi cavabları ala bilər.

Prokuror Maykl Flindən istədiyi cavabları alarsa, onu cəzasız buraxma ehtimalı var.

 

Əsassız sözlərə hazır olaq

 

Bax, elə bu tələyə düşmüş şəxs bugünlərdə Türkiyə əleyhinə nə istənirsə onu söyləməyə hazır şəkildə məhkəmədə şahidlik edəcək; özünü qurtarmaq üçün ölkəmizə və ondan ötrü çalışanlara qarşı əsası olmayan sözlər söyləməyə başlayacaq.

Yaxınlarda Türkiyə əleyhinə səslər çox arta bilər, ancaq təəccüblənməyə və panikaya düşməyə ehtiyac yoxdur. Çünki bunun arxasında əsilsiz yalanların olduğu gün kimi aydındır.

 

Türkiyə möhkəm durmalıdır

 

Demokrat Partiyasına meylli olan sistem və prokurorları bu strukturla Trampı nə qədər sıxışdırmağa çalışsalar da, o da öz mübarizəsini davam etdirir.

Sistemin strukturunda əyriliyin, qüsurun olduğu qətidir və bu qüsurlu sistem yalanlar, əsassız iftiralar “istehsal edir”. Adi ABŞ vətəndaşları da bu haqsız sistemin nəticələrini hər gün yaşayır, görür və yaxınlaşan seçkidə bunun da nəticələrini görəcəyik.

Biz Türkiyə olaraq bu əyri, qüsurlu sistemi yaxşı tanıyaq, bilək ki, əleyhimizə səslər yüksəlməyə başlayanda möhkəm durmağı da bacaraq.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam