Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

TRAMPLA ƏRDOĞAN ARASINA SƏDD ÇƏKƏN ƏSAS FİQURLAR:yevangelist-neokon ittifaqı iki prezidentin görüşünə imkan verəcəkmi?

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 04 avqust 2018-ci il

 

Vaşinqtonun dərin mexanizmlərini uzun müddətdən bəri izləyən təcrübəli jurnalist olaraq bunu qəti söyləyə bilərəm: ABŞ dövləti Prezident Ərdoğanın liderlik etdiyi yeni Türkiyənin müstəqil qərarlar verməsini və bunları qərarlılıqla həyata keçirməsini hec cür qəbul edə bilmir.

Yenixeber.org: Türkiyə öz müstəqil qərarları ilə ABŞ-ın qlobal maraqlarına zidd getsə belə, Ərdoğan idarəçiliyində doğru bildiyi yolda yürüyüb.

AKP iqtidara gəlməmişdən öncəki dövrün Türkiyə hakimiyyətlərinə “Ouer boys” (“Bizim uşaqlar”) məntiqi ilə alışmış olan ABŞ dövləti Ərdoğanın qurduğu bu yeni Türkiyəyə heç cür uyğunlaşa, eyni zamanda nə edəcəyini də bilmir. Elə bu üzdən də hakimiyyətin, demək olar ki, bütün qurumlarında Türkiyədən və onun lideri olan Ərdoğandan bunun hesabını tələb etmək havası var.

 

Sanksiyalar yeni deyil ki…

 

Bu gün bəhs etdiyimiz sanksiyalar qətiyyən yeni, indi baş verənlərə cavab reaksiyası olaraq hazırlanmış şeylər deyil. Mən bunları hələ Hakan Atillaburada məhkəmə istintaqına çəkilərkən bilirdim və bildiklərimi o günlərdə yazmışam da.

Bu sanksiyaların bəzilərinin hazırlığı ilyarımdır ki, davam edir.

Yəni, burada özlərinə görə, Türkiyəni “haqq yoluna gətirmək” üçün nələrinsə edilməsinin lazım olduğunu müdafiə edən bir güruh vardır. Bu güruh uzun müddətdən bəri hazırlaşırdı. “Rahib Branson işi” onlara axtarsalar da tapa biləməyəcəkləri bir fürsət verib. Bransona sahib çıxmaq onlara həm daxili siyasətdə üstünlük qazandırıb, həm də uzun müddətdən bəri hazırlaşdıqları yeni Türkiyə ilə hesablaşmağa girişmə imkanı verib.

 

Onları bir az tanıyaq

 

İndi bu güruh içində olanlara bir-bir baxaq:

Mayk Pompeo. O, Xarici işlər naziri olduqdan sonra və Trampın mövqeyinin də təsiri ilə hazırda Türkiyəyə nisbətən dostcasına yaxınlaşan kimi görünsə də, əslində MKİ direktoru olmamışdan əvvəl belə, Vaşinqtonda Ərdoğana qarşı fikirləri ilə tanınırdı. MKİ direktoru olarkən, bu görüşləri daha da sərtləşdi.

Con Bolton. Vəzifəcə Trampa ən yaxın şəxs olan Milli təhlükəsizlik müşaviri Bolton, islamofobik baxışları ilə tanınan və neokon dairələrin daim içindəki biridir.

Fred Fleytz. Fleytz, Boltonun katib olduğu Milli Təhlükəsizlik Şurasında qərargah rəisidir. O da Bolton kimi islamofobik bir neokondur, yevangelist dairələrə də çox yaxındır və Türkiyəyə yönəlik sərt görüşlərilə tanınır.

Stiven Mnuçin. Maliyyə naziri olan Mnuçin öz inancına görə yevangeist dairələrə bağlıdır. Qlobal səviyyədə ABŞ səfirliyinin Qüdsə köçürülməsinə ən prinsipial, ən ürəkdən qarşı çıxan Ərdoğanı heç sevmir və Türkiyəyə qarşı müharibə aparma məntiqilə hərəkət edən vəzifəli şəxsdir. Öz görüşlərilə prezidentin kürəkəni və İsrail maraqlarının hakimiyyətdəki təqibçisi olan Cared Kuşnerə də təsir edir.

Cared Kuşner. Kuşner onsuz da İsrail rəhbərliyinin Türkiyə əleyhinə olan baxışlarını Vaşinqtona daşıyan şəxsdir. Eyni zamanda ABŞ vətəndaşı da olan Netanyahu xüsusi ziyarət üçün ABŞ-a gələndə Kuşnerin atasının Nyu Cersidəki evində qalır. Netanyahunun gecə Kuşnerin keçmiş otağında yatması da Vaşinqtonda məlumdur.

 

Başa düşmədikləri üçün təhdid yağdırırlar

 

Prezident Tramp, ətrafını sarmış olan bu güruhun Türkiyə ilə hesablaşma məntiqini qıra biləcəkmi? Baxıb, görəcəyik. Ancaq bu qətidir ki, Trampın yeni Türkiyə ilə bağlı çox problemi yoxdur. O, Prezident Ərdoğanla, Putinlə etdiyi kimi, oturub anlaşa biləcəyini düşünür.

Yeni Türkiyə ilə problemi olanlar isə davamlı olaraq təhdid və təzyiq etməyə çalışaraq, lideri Prezident Ərdoğan olan Türkiyəni heç anlamadıqlarını göstərirlər. Əgər anlasaydılar, bunların əks-reaksiya verəcəyini də bilərdilər. Həqiqətən, Türkiyə lazım olan reaksiyanı da verir. Bəlkə bundan sonra durumu daha yaxşı analiz edib, məntiqli davranmağa başlaya bilərlər.

Tərcümə Strateq.az-ındır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam