Redaktor seçimi
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
Günün xəbəri

ABŞ-ın ikibaşlı oyunu:Türkiyəyə qurulan böyük tələ

 

Türkiyə Suriya məsələsində ABŞ-a inanmaqla böyük səhvə yol verdi.

Yenixeber.org: Bunu ABŞ və Türkiyə arasında Suriya ilə bağlı müzakirələri şərh edən politoloq Tofiq Abbasov deyib. Politoloq ümumiyyətlə ABŞ-ın ikibaşlı oyun oynadığını düşünür:

“ABŞ böyük təmtəraqla öz qoşunlarını Suriyadan çıxaracağını elan etsə də, bunun nə zaman baş tutacağı məlum deyil. ABŞ-ın kürd yaraqlılarına hərbi dəstək verməsi və böyük imkanlar yaratması bir məqamdan xəbər verir. Aydındır ki, ABŞ Suriyadan çıxdıqdan sonra öz yerini kürdlərə təhvil verəcək. Bunun əvəzində kürd dəstələri vəziyyətə nəzarət etməli və ABŞ-a yad olan qüvvələrə Suriyada imkan verməməlidir. Bu mənada Türkiyə ikibaşlı oynayan ABŞ-a vaxtından tez inandı. Çünki Vaşinqtonun Ankaraya verdiyi vədinə əməl edəcəyini düşünmürəm”.

Politoloq kürd dövləti ideyasının bu gün də ABŞ-ın gündəmində olan bir nömrəli məsələ olduğunu vurğulayıb:

“ABŞ və İsrail kürd dövlətinin yaradılmasına çox cidd-cəhdlə çalışırdı. Düzdür, ABŞ istəyinə birinci gedişdə nail olmadı. Zənnimcə, ABŞ bu məqsədindən yayınmayıb, əksinə, ikinci gedişə hazırlaşır. Buna görə də Suriya Kürdüstanı, İraq Kürdüstanı və Türkiyə Kürdüstanı kimi anlayışlar artıq leksikonda oturuşub. Kürd dövlətinin yaradılması fonunda geosiyasi vəziyyətin və siyasi vektorların necə dəyişəcəyi bu gün də gündəmdə olan çox vacib suallardır. Türkiyə üçün hazırda ən böyük bəla kürd qüvvələrinin bu ölkənin sərhədləri boyunca möhkəmlənməsi və kürd dövləti ideyasının onun maraqlarına təhdid törətməsidir. Bu mənada Türkiyə Suriya məsələsində ABŞ-a inanmaqla böyük səhvə yol verdi. Çünki ABŞ bir tərəfdən Türkiyə ilə dostluq edir, digər tərəfdən isə Türkiyənin düşməni olan kürd birləşmələrinə yardım göstərir”.

T.Abbasov hesab edir ki, Türkiyə Astana formatında qalaraq Rusiya və İranla müttəfiqliyini davam etdirərsə, gözləntilərinə nail olacaq:

“Yox, əgər Türkiyə bu iki dövlətlə yanaşı, ABŞ-a da “ hə” deyərsə, bunun sonu faciə ilə bitəcək. Heç kimə sirr deyil ki, Türkiyəyə qarşı işləyən qüvvələr sistemli şəkildə Anadolunun şərqində olan böyük əraziləri nəinki Kürdüstan elan edir, hətta vaxtı çatanda həmin ərazilərə yiyələnəcəklərini bildirirlər”.(axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam