Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Keşmiş nazirdən yeni prezidente mesaj

 

 

“Türkiyədə sosial partlayış gözlənilir”

 

  “Amerika Birləşmiş Ştatlarının, Avropa dövlətlərinin və Türkiyənin Suriya məsələsindəki yanlış siyasəti bizim ölkəni Yaxın Şərq regionunda böyük problemlərlə üz-üzə qoyur”.

   "Xeberinfo.com": Bunu Modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM- parlament) millət vəkili, keçmiş mədəniyyət və turizm naziri Ərtoğtul Günay deyib. O, Türkiyə-Suriya sərhədində yaranmış gərginliyi şərh edərkən bildirib ki, Suriyadakı Bəşər Əsəd rejimini başqa ölkələrdən gətirilən silahlı yaraqlılar sayəsində devirməyə cəhd etmək çox böyük strateji yanlışlıqdır. Deputatın sözlərinə görə böyük güclərin Suriya prezidenti Bəşər Əsədi silahlı çevriliş yolu ilə hakimiyyətdən devirmək istəməsi həm də böyük bir cinayətdir.

Ərtoğrul Günay deyib ki, Suriya ilə bağlı super güclərin yürütdüyü bu siyasətə regionun əksər dövlətləri ortaq oldu. “Bunun nəticəsində İŞİD terrorçu qruplaşması bəlası meydana çıxdı. İŞİD-in Suriyada türkmənlərə, kürdlərə qarşı törətdiyi vəhşiliklərdən doğan təhlükə Türkiyə sərhədinə qədər gəlib çıxdı. Suriyadan gələn bir milyondan artıq qaçqın Türkiyədə sığınıb”.

Deputatın fikrincə, Türkiyə böyük qaçqın ordusunun bir hissəsinin yarada biləcəyi potensial terror təhlükəsinə qarşı tədbirlər görməlidir.

Keçmiş nazir ötən gün Türkiyə parlamentinin ordunun Suriya və İraqda İŞİD-ə qarşı hərbi əməliyyatlar apara bilməsi haqında qəbul etdiyi qanun layihəsinə də münasibət bildirib. “Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyaya girməsi məncə, təhlükəni azaltmayacaq. Türk ordusunun öz daxili sərhədlərini möhkəm qoruması vacibdir. Türkiyədən İŞİD və Əl Nusra kimi terror təşkilatlarına edilən maddi və mənəvi dəstəyə son qoymaq lazımdır”.

Parlament üzvü Suriyadakı İŞİD təhlükəsinə görə Türkiyəyə sığınan insanların 1.5 milyon nəfər olduğunu söyləyib. Ərtoğrul Günay bu qənaətdədir ki, Suriyadan ölkəsinə axın edən miqrant ordusu Türkiyədə işsizliyin artmasına, böyük sosial problemlərin yaranmasına stimul verəcək. “Türkiyə qaçqınlara humanitar yardım etmək məsələsində geri çəkilə bilməz. Amma rəsmi Ankara təhlükəsizlik və sosial tədbirləri genişləndirməlidir. Əks təqdirdə, Türkiyədə böyük bir sosial problem, insani və əxlaq baxımından təhlükələrə yol açıla bilər”.

Qeyd edək ki, Türkiyə parlamenti İraq və Suriyada İŞİD təhlükəsinə qarşı mübarizədə ordudan istifadə olunmasına razılıq verən layihəni səs çoxluğu ilə qəbul edib.

Bu arada İŞİD Türkiyə ilə sərhəd olan Suriyanın Kobani şəhərinə qədər yaxınlaşıb. Şəhər uğrunda kürd silahlıları ilə İŞİDarasında qızğın döyüşlər gedir. Şəhərin böyük bir hissəsi İŞİD-in nəzarətindədir. Türkiyədə yaşayan kürdlər isə İŞİD-ə qarşı etiraz aksiyaları keçirib. Ötən gün Van, Tunceli və Diyarbəkir vilayətlərində kürd vətəndaşlar soydaşlarının qətl edilməsinə etiraz əlaməti olaraq aksiyalar keçirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam