Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ kürdləri üçüncü dəfə satdı -Şapovalov

 

Kürd məsələsi Suriyada destabilizasiya üçün ən ciddi təhlükə mənbəyi ola bilər.

Yenixeber.org: Bunu “Reqnum” agentliyinə açıqlamasında rusiyalı politoloq Vladimir Şapovalov deyib.

“Buna səbəblərdən biri Türkiyə ilə konfliktdir. Digər səbəb isə kürd bölmələrinin ərəb əhalisinin sıx məskunlaşdığı Suriyanın şimal-şərqini tutmasıdır. Bu isə konflikt üçün kifayət qədər ciddi mənbədir. ABŞ-ın Suriyadan ordusunu çıxartmasından sonra kürdlər faktiki olaraq çətin situasiyaya düşüblər. Kürd icması ilk dəfə deyil ki, belə situasiyaya düşür. Bundan öncə Afrin və İraq Kürdüstanı ilə bağlı oxşar situasiyalar olub. Hər ikisində ABŞ faktiki olaraq kürdləri satıb və verdiyi vədi pozub. Bu situasiya üçüncü dəfə təkrarlanır. Kürdlər üçün iki ssenari var. Bunlardan biri hər kəslə qarşıdurmaya getmək, digəri isə kompromis variantıdır. Hesab edirəm ki, hadisələr ikinci ssenari üzrə inkişaf edir. Bu isə kürdlərin öz strategiyasını dəyişməyinə səbəb ola bilər”, – deyə o bildirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam