Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Trampın ABŞ siyasətini darmadağın edən qərarı

 

Trampın son qərarından sonra Yaxın Şərq Rusiya və İranın nəzarəti altına keçəcək.

Yenixeber.org: Bunu sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Trampın Yaxın Şərqlə bağlı son qərarı nəinki ABŞ-ı, eləcə də Ağ Ev rəhbərinin ətrafındakı yüksək çinli məmurları da heyrətə salıb:

“ABŞ-ın Suriyadan sonra Əfqanıstandan da ordusunu çıxarmağa hazırlaşması Vaşinqtonun indiyə qədər yeritdiyi prinsipial siyasətdən üz döndərməsi deməkdir. Trampın sözügedən qərarı birbaşa ABŞ-ın strateji maraqlarına ziddir. Çünki Trampın son qərarından sonra Yaxın Şərq Rusiya və İranın nəzarəti altına keçəcək. Bu, faktiki olaraq ABŞ-ın Yaxın Şərqdən sıxışdırılıb çıxarılmasıdır. Trampın yürütdüyü siyasət ABŞ-ın Yaxın Şərq ölkələri ətrafında ciddi surətdə lənətlənməsinə səbəb olacaq. Əslində, Türkiyənin bu qərarı ABŞ-ın kürəyinə sancılmış xəncər kimi qiymətləndirməsi heç də təsadüfi deyil”.

Politoloq qeyd edib ki, ABŞ-ın Suriyadan qəfil çıxması bu ölkədə mübarizəni daha da gərginləşdirəcək:

“ABŞ artıq neçənci dəfədir ki, qarışıqlıq yaratdığı ölkədən qəfil çıxmaqla bölgədəki siyasi qarşıdurmaları körükləyir. Bu qeyri-müəyyən vəziyyət müharibədən sonra yerlə-yeksan olmuş Suriyada ümummili sazişin imzalanmasını, yeni Konstitusiyanın hazırlanmasını və onun ətrafında ədalətli seçkilərin keçirilməsini mümkünsüz edəcək”.

Q.Hüseynli Trampın Suriya ilə bağlı qərarının birmənalı qarşılanmayacağını, ABŞ-ı ciddi silkələyəcəyini düşünür:

“Qərar icra edilənədək ABŞ-da onun əleyhdarları artacaq. Mettisin vəzifədən getməsi də məhz buna işarədir”.

Qeyd edək ki, Donald Tramp ABŞ ordusunun bir hissəsinin Əfqanıstandan çıxarılmasına dair də tapşırıq verib. Belə ki, Əfqanıstandakı ABŞ ordusunun sayının yaxın zamanlarda 7 min nəfərə qədər azaldılması gözlənilir.

Ötən gün isə Tramp ABŞ hərbçilərinin Suriyadan çıxarılması haqqında qərar verdiyini təsdiqləyib.(axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam