Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ABŞ SURİYADAN ÇIXDIQDA, VAKUUMU KİM DOLDURACAQ?–Tramp Türkiyənin "qırmızı xətlər"ini nəzərə alır

Yusuf Erim

“Middle East Eye”

 

“Qırmızı xətt” ifadəsi dünya liderlərinin ritorikasında qəbuledilməz hərəkətlərə və ya siyasətə işarədir. Türkiyə üçün Suriya ilə sərhəd boyunca “Xalq Müdafiə Birləşmələri”nin (YPG) varlığı, tünd qırmızı rəngli cizgi – milli təhlükəsizlik məsələsidir.

Yenixeber.org: ABŞ YPG-ni “Suriya Demokratik Qüvvələri” (SDQ) ilə koalisiyanın əsasını təşkil edən tərəfdaş kimi qəbul edərkən, Türkiyə onu Vaşinqton və Ankarada terror qrupu olaraq “qara siyahı”ya alınan separatçı Kürdüstan İşçi Partiyasının (PKK) Suriya qolu kimi görür.

Türkiyə PKK-ya qarşı 40 il mübarizə aparıb. Münaqişədə 40 mindən çox adam öldürülüb. Rəcəb Tayyib Ərdoğan ABŞ prezidentinə təhlükəsizlik müşküllərini bildirməsindən bir neçə ay sonra Fəratın şərqində YPG-ni hədəfə alan hərbi əməliyyata hazırlıqların tamamlandığını elan edib.

 

Hakimiyyət vakuumu

Türkiyə həmişə öz sərhədləri boyunca PKK və onun filiallarının inkişafından ehtiyat edir. Suriyanın şimal-şərqində YPG ilə idarə olunan anklavın formalaşması Ankara üçün təhlükəsizlik və xarici siyasət kabusudur.

Hakimiyyət vakuumları qeyri-dövlət aktyorlarının inkişafı üçün ideal vəziyyətlər yaratma tendensiyasına malikdir. Günümüzdə Suriyadakı şərait 1990-cı illərin sonu və 2000-ci ilin əvvəllərində Şimali İraqda baş verən hadisələri xatırladır və 2005-ci ildə Kürdüstan Regional Hökumətinin idarə etdiyi müstəqil bölgənin tanınmasına gətirib çıxarır.

1991-ci ildə kürd peşmərgəsinin Şimali İraqda yerləşdirməsi ilə YPG-nin Şimali Suriyaya yerləşdirilməsini müqayisə etmək olar. Həm peşmərgə, həm də YPG, Səddam Hüseyn və İŞİD-lə mübarizə aparmaq üçün ABŞ tərəfindən hazırlanıb və təchiz olunub.

Ancaq Şimali İraqda kürdlər PKK-dan uzaqlaşaraq, Türkiyədən təpki almadan diplomatik yolla muxtariyyət əldə edə bilib, hətta Ankara üçün mühüm ticarət tərəfdaşı olublar. Amma bir çox ABŞ səlahiyyətlisinin qəbul etdiyi YPG – PKK-nın Suriya qolu, terror qrupunun qurucusu Abdullah Öcalanın ideologiyasının davamçısıdır.

 

Dalana dirənən yol xəritəsi?

Bu ilin əvvəlində NATO müttəfiqləri, ABŞ və Türkiyə Mənbic şəhərində, Fəratın o biri tayında YPG varlığına dair təhlükəsizlik problemlərini həll etmək üçün yol xəritəsi haqqında razılığa gəlib. Müqavilə Ankaraya hərbi əməliyyatlardan yayınmaqla, potensial olaraq çayın şərq hissəsində təkrarlana biləcək problemləri diplomatik həll etmək ümidi verib.

Buna baxmayaraq, razılaşdırılmış ABŞ-Türkiyə birgə nəzarətini yerinə yetirməkdə davamlı gecikmələr, Mənbicdə YPG-nin mövcudluğu və Vaşinqtonun Türkiyə-Suriya sərhədi boyu müşahidəçi mövqeləri qurması xəbərləri Ərdoğan administrasiyasını inandırıb ki, yol xəritəsi dalana dirənir.

Türkiyənin Suriyanın şimal-şərqinə daxil olmasını gecikdirmənin digər səbəbi “Suriya Demokratik Qüvvələri”nin (SDQ) əsas tərkib hissəsi olan YPG-nin İŞİD-lə mübarizə aparması və ABŞ-ın terror təşkilatını neytrallaşdırmaq üçün səylərinə mane olmamaq idi.

Ancaq indi, Mənbicdə uğurlu ABŞ-Türkiyə əməkdaşlığına ümid itdikdə, ABŞ prezidenti Donald Tramp İŞİD-in məğlub olduğunu elan edib və Ankara təhlükəsizlik məsələsini birbaşa həll etmək haqqı olduğunu düşünür.

ABŞ-ın Suriyada YPG ilə əməkdaşlığı Obama rəhbərliyinə aid qərardır. Vaşinqton İŞİD-ə qarşı kampaniyasında dayaq halına gələn qrupu hazırlama işinə illər ərzində böyük sərmayə qoyub. ABŞ səlahiyyətlilərinin son şərhlərində də Suriyada fəaliyyət göstərən İran dəstəkli şiə milislərini dayandırmaq üçün SDQ-dən istifadə planları açıqlanıb.

 

Ən pis ssenari

İndi, NATO müttəfiqi ilə Suriya ortağı arasında toqquşma halında, Ağ Ev çətin xarici siyasətlə üzləşəcək.

Tramp Ərdoğanı dəstəkləyəcək və Türkiyəyə təhlükəli elementləri təsirsiz hala gətirməkdə yardımçı olacaq? Yaxud YPG-ni qoruyacaq və Türkiyə üçün böyük maneə yaradacaq?

Bazar ertəsi günü Ərdoğan bildirib ki, Tramp, ABŞ Müdafiə Nazirliyindən fərqli olaraq, Fərat çayının şərqinə dair Türk planını qəbul edir. “Fəratın şərqində hərbi əməliyyata başlayacağıq. Bunu cənab Trampla müzakirə etdik və müsbət cavab aldıq”.

Bölgədə ABŞ-ın iştirakı da Türkiyə üçün işi çətinləşdirir. Təxminən 2000 ABŞ əsgəri və 20 hərbi bazanın olduğu bölgədə geniş hərbi əməliyyat ABŞ və türk əsgərləri arasında təsadüfi toqquşma riski yaradır. Bu həm Vaşinqton, həm də Ankara üçün ən pis ssenaridir.

Afrində keçirilən əvvəlki hərbi əməliyyatdan fərqli olaraq, Türkiyədə daha böyük YPG gücü ilə üzləşəcək – bölgədə təxminən 40 min döyüşçü var. Ancaq Türkiyənin milli təhlükəsizliyinə gəldikdə, PKK və onun qollarının sərhəd boyunca qala yaratmasına maneə törətmək həmişə “qırmızı xətt” olub.

Ərdoğan geri sayıma başlayıb və top indi Trampın ayağındadır: Vaşinqtonun təpkisi ABŞ-Türkiyə əlaqələrinin gələcəyini deyil, onilliklər ərzində bölgənin ərazi və bölgə demoqrafiyasını da yarada bilər.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam