Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Deputat: Gec-tez bu çirkli planların və pulların mənbəyi barəsində tədbirlər görüləcək

 

Deputat: Gec-tez bu çirkli planların və pulların mənbəyi barəsində tədbirlər görüləcək

“Xaricdən maliyyələşərək Azərbaycan əleyhinə fəaliyyət göstərən şəxslərin bir-birini ifşa etməsi cəmiyyətə yad hadisə deyil. Azərbaycandan olan, amma milli hissiyyatını çoxdan satmış bir qrup şəxs xarici ölkələrdəki müəyyən fondların pulu ilə öz vətənlərinə qarşı çirkin kampaniya aparır”.

Yenixeber.org:Bu sözləri açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkili bildirib ki, bu kampaniyaların heç bir nəticəsi yoxdur:

“Azərbaycanda onların tərəfdarları çoxalmır. Beynəlxalq aləmdə ölkəmizin nüfuzu onların təbliğatı ilə müəyyənləşmir. Bununla belə, onlar mənbəyi məlum olmayan pullar üçün Azərbaycan haqqında mənfi fikir yaratmağa çalışırlar. İndi isə özləri özlərini ifşa edirlər ki, sən demə, bu fəaliyyətlər qrantlar, tapşırıqlar hesabına baş verirmiş. Bir daha təsdiq olundu ki, Azərbaycan dövlətçiliyinin inkişafı yolunda qazanılan uğurlar xaricdə müəyyən dairələri ciddi narahat edir və onlar buna kölgə salmağa çalışırlar. Ən əsası, onların kampaniyaları Azərbaycan cəmiyyətində nəticə vermir. Azərbaycan vətəndaşları onların arxasınca getmir, onlara inanmaq istəmir. Çünki Azərbaycan vətəndaşı reallığın fərqindədir. Vətəndaş görür ki, təhlükəsiz ölkədə yaşayır, övladları təmir edilmiş, müasir məktəbdə keyfiyyətli təhsil alır, xəstəxanalar tikilir və dövlət insanların səhiyyəsi ilə ciddi məşğul olur, iş yerlərini sayı, insanların sabaha gümanı artır. Bu durumda insanlar milli satqınların Azərbaycan əleyhinə fikirlərini heç vaxt bölüşməyəcəklər. Gec-tez bu çirkli planların və pulların mənbəyi barəsində tədbirlər görüləcək”.

Qeyd edək ki, bir neçə gün öncə Avropada yaşayan siyasi mühacirlər Məhəmməd Mirzəli və Tural Sadıqlı bir-birini ifşa edib. Adıçəkilən gənclərin seçki öncəsi birliyinin səbəbi də məlum olub. Belə ki, onlar xaricdən alınan qrantlar hesabına Azərbaycan dövləti əleyhinə kampaniya təşkil ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam