Yenixeber.org: Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünki iclasında "Elm haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişliklik edilməsi barədə" Azərbaycan Respublikası qanununun layihəsi barədə müzakirələrdə çıxışı zamanı dəyişiklikləri dəstəklədiyini deyib və bildirib ki, bu sənəd Azərbaycan üçün strateji baxımdan da vacibdir. Qeyd edək ki, qanunun 39.6-cı maddəsində göstərildiyi kimi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında doktorantura səviyyəsində təhsil alması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramı, habelə elm və təhsil müəssisələri ilə bağlanan müqavilələr əsasında həyata keçirilir. Eyni zamanda qanunun 44.1-1. maddəsində qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyənləşdirir.
Millət vəkili Q.Paşayeva çıxışında Azərbaycan da daxil olmaqla türk dövlətləri -Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan öz müstəqilliyini təkrar qazandığı ilk illərdə qardaş Türkiyənin yüzlərlə gəncin Türkiyədə təhsil almasına dəstək göstərən proqramını xatırladıb və bildirib ki, həmin gənclər vətəndaşı olduqları dövlətlər ilə qardaş Türkiyə arasında əlaqələrin, əməkdaşlığın daha da güclənməsində fəal rol oynadılar, buna görə də Azərbaycanda təhsil alacaq şəxslər üçün ayrılan kvotalarda türk dövlətlərindən - Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və türk toplumlarından, Azərbaycanın dövləti sərhədlərindən kənarda yaşayan soydaşlarımıza - Cənubi Azərbaycan (İran), Dağıstan (Rusiya), Borçalı (Gürcüstan), gənclərə öncüllüyün verilməsi türk dövlət və toplumları , Azərbaycanın dövləti sərhədlərindən kənarda yaşayan soydaşlarımızla əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək və bu, Azərbaycan üçün strateji baxımdan çox önəmlidir. Eyni zamanda millət vəkili Q.Paşayeva ağır durumda olan türk toplumlarına, İraq türkmənləri kimi soydaşlarımızın da bu kvotalar da yer almasına toxunub. Millət vəkili Q.Paşayeva hələ ümummilli lider Heydər Əliyev tarixi araşdırarkən gördüm ki, İraq türkmənləri ilə biz azərbaycanlılar bir bütövün parçalarıyıq fikrini qeyd edib və deyib ki, İraq türkmənlərinin ləhcələrinin 98% bizim ləhcəmizlə eynidir və İraq türkmənlərindən müəyyən sayda istedadlı gənclərin Azərbaycana gəlib burda Azərbaycan dövlətinin dəstəyi və maliyyəsi ilə təhsil alması həmin gənclərin ölkələrinə qayıtdıqdan sonra Azərbaycan ilə İraq türkmənləri, soydaşlarımız arasında əlaqələrin güclənməsinə öz töhfəsini verə bilər, həm də Azərbaycanın İraqdakı soydaşlarımıza dəstəyi və oradakı insanlarımızın güclənməsi baxımından çox strateji bir addım olar.