ABŞ mediası yenə Səudiyyə şahzadəsini hədəfə gətirdi -QAŞIQÇI CİNAYƏTİ
“Vaşinqton Post” qəzetində "Məhəmməd bin Salmanın zəhərli, biganə bir keçmişi var. Tramp rəhbərliyinin ona ehtiyacı yoxdur" başlığı ilə dərc olunan məqalədə, jurnalist Camal Qaşıqçı cinayəti kontekstində ABŞ - Səudiyyə Ərəbistanı münasibətləri şərh olunub.
Yenixeber.org: İstanbuldakı Səudiyyə Baş Konsulluğunda öldürülən Qaşıqçı-ya istinad verilən məqalədə, prezident Donald Tramp rəhbərliyinin Qaşıqçı cinayətinə baxmayaraq, Səudiyyə Ərəbistanla münasibətlərini qorumağa çalışdığına diqqət çəkilib.
Məqalədə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin(MKİ) Qaşıqçı qətlinin arxasında vəliəhd şahzadənin olduğunu düşünməsinə baxmayaraq Tramp rəhbərliyinin səssizliyini qoruduğuna qeyd edilərək, ABŞ-ın Səudiyyə Ərəbistanla Məhəmməd bin Salman olmadan da münasibətlərini davam etdirə biləcəyi qeyd edilib.
ABŞ-ın güc istifadə edərək Məhəmməd bin Salmanı vəzifəsindən ala bilməyəcəyi bildirilən məqalədə, "Tramp rəhbərliyi Məhəmməd bin Salmana sanksiya tətbiq edərək Səudiyyə rejimi ilə əlaqəsini qoruya bilər" deyə bildirilib.
Məqalədə bu ifadələrə yer verilib:
“Səudiyyə kral ailəsi, ABŞ-la münasibətlərin pozulmasını istəmir və buna izn verməz. Vəliəhd şahzadəni zəiflətmək Səudiyyə Ərəbistanı və Yaxın Şərqdə sabitliyi artıracaqdır. Məhəmməd bin Salmanın hesab verməməsi onu daha da dağıdıcı bir hala gətirəcəkdir".
Tutarlı bir cavab vermədi
ABŞ-ın milli qəzetlərindən “USA Today”, Səudiyyə jurnalisti Camal Qaşıqçı qətlinin yeddinci həftəsində prezident Donald Tramp rəhbərliyinin bu cinayətə qarşı hələ də tutarlı bir cavab vermədiyini, yaranan xarici siyasət böhranına çözüm aradığını yazıb.
“Tramp, Camal Qaşıqçı cinayətindən sonra ortaya çıxan xarici siyasət böhranını həll etmək üçün çalışır" başlıqlı məqalədə, daxili və xarici təzyiqlərə baxmayaraq Trampın Səudiyyə Ərəbistanının "əsas bir müttəfiq" olduğu kartını oynamağa və vəliəhd şahzadə Məhəmməd bin Salmanın cinayətə daxil olduğunu göstərən dəlilləri də kiçiltməyə davam etdiyi vurğulanıb.
Məqalədə, Obama rəhbərliyi dövründə keçmiş MKİ analitiki və milli təhlükəsizlik müşaviri Ned Pris-in bu fikirlərinə yer verilib:
"Tramp rəhbərliyinin strategiyası həqiqətin ortaya çıxmayacağı ilə bağlı idi. Xüsusilə Konqresdən gələn təzyiqləri yumşaltmaq üçün bəzi addımlar atdılar, amma təzyiqi azaltmaq üçün vannanı hər açanda cinayətdə Səudiyyənin cinayət tərəfdaşlığını göstərən yeni öldürücü açıqlamalar gəldi".
Qeyd edək ki, vəliəhd şahzadə bin Salmanın qətl əmrini verdiyi iddiasını ehtiva edən MKİ hesabatının ötən həftə mediaya sızmasıyla Tramp, Qaşıqçı cinayəti haqqında rəhbərliyinin bu həftə "tam bir hesabat" açıqlayacağını bildirmişdi.(müxalifət)