Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Vaşinqton post”:"Jurnalistin öldürülməsi əmrini Səudiyyə Ərəbistanının vəliəhdi verib"

“Jurnalist Camal Qaşıqçının öldürülməsi əmrini Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd bin-Salman verib”.

Yenixeber.org:  ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin gəldiyi bu qənaəti “Vaşinqton post” qəzeti yayıb.

Bildirilib ki, bu məlumatı MKİ-nin yüksək vəzifəli şəxsi verib. Məlumata görə, bu hadisə ABŞ Prezidenti Donld Tramp hakimiyyəti ilə Məhəmməd bin-Salman arasında əlaqələrin saxlanılmasını çətinləşdirib.

MKİ-nin yekun rəyinə sasən, vəliəhdin qardaşı krallığın ABŞ-dakı səfiri Xalid bin-Salmanın Türkiyəyə gəlməzdən əvvəl Casmal Qaşıqçı ilə arasında telefon danışığı olduğunu bildirib. O, həmin danışıqda Qaşıqçıya İstanbula gedib, sənədlərini Səudiyyə Ərəbistanının Baş konsulluğundan alması üçün təhlükənin olmadığını söyləyib. Məlumata əsasən, bu danışıq Məhəmməd bin-Salmanın tapşırığı ilə baş verib. Ancaq Xalidin cinayətdən xəbərdar olub-olmadığı isə hələ ki, məlum deyil.

Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyinin sözçüsü Fatimah Beşen MKİ-nin irəli sürüdüyü iddaları təkzib edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında C.Qaşıqçı cinayət işini aparan prokuror qətllə bağlı ittiham olunan 11 şübhəlidən 5-nin edam olunmasını istəyib.

Xatırladaq ki, “Vaşinqton post” qəzetinin əməkdaşı C.Qaşıqçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. İndiyədək onun meyiti tapılmır.

C.Qaşıqçını öldürmək üçün Türkiyəyə gələn 15 nəfərdən biri qısa müddətdən sonra telefon danışğında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı nəzərdə tutaraq deyib: “Patronunuza söyləyin, adamlar işlərini bitirdi”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam